Sumqayıtlı aktrisa: “Məleykə çox zülm çəkir…”

986

Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanova “Həyat varsa” serialında çəkilib. Aktrisa filmdəki rolu haqda fikirlərini Milli.Az ilə bölüşüb:

“Bu yaxınlarda “Həyat varsa” serialının “Analıq” adlı bölümündə çəkildim. Serialın rejissoru Naci Çelik Berksoydur. Serialdakı rolum Məleykə adlı bir qadındır. O, atası tərəfindən sevmədiyi bir insana ərə verilir. Həyat yoldaşı dünyasını dəyişir, 4 uşaq anası olan Məleykə çox zülm çəkir. O, həm də çox cavandır. Cavan vaxtı sevdiyi bir insan onun qarşısına çıxır. O, qadını seçim qarşısında qoyur. Məleykə isə seçim qarşısında qalaraq uşaqlarını atıb, sevdiyi bir insana qoşularaq qaçır. Film çox təsiredici bir səhnə ilə bitir. Belə ki, ər evin damından yıxılaraq zəlil qalır. Qadın yenidən zülm və çətinliklər arasında çarpışır. Balalarına etdiyi insaniyyətsizlik onun gözünün qarşısına gəlir. Əgər o, balalarına sahib çıxsaydı, Allah onu mükafatlandırardı. O, çətinliklərin öhdəsindən gəlmək əvəzinə 4 uşağını atıb bir insana qoşulub qaçır. Filmin mövzusu sırf insaniyyətlikdir”.

Əli Novruzəliyev
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər