Dünya çempionu Gövhər tanınmış cərrahın qızı imiş – FOTO

6119

Xəbər verdiyimiz kimi, İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında Gövhər Beydullayeva dünya çempionu olub.

Metbuat.az-ın məlumatına görə, Gövhər şair-publisist və filoloq Ömürşah Beydullayevin nəvəsidir. Atası Kamran Beydullayev isə tanınmış cərrah- transplantoloqdur.

Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili alıb və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu alıb.Müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir. 2018-ci ildən Dr. Kamran Beydullayev Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi çalışır.

Qeyd edək ki, İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında yarışda Gövhər Beydullayeva və Abdulla Qədimbəyli dünya çempionu olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər