Sumqayıtlı ekspert Arzu Qafarlı “Müştəri nə istəyir?” kitabını təqdim edib

1856

İqtisadçı ekspert Arzu Qafarlı yeni kitabını təqdim edib. APA TV-nin məlumatına görə, “Müştəri nə istəyir?” adlı yeni nəşr satış və xidmət sahəsində çalışanlar üçün nəzərdə tutulub.

Arzu Qafarlı satış və marketinq sahəsində 14 ildən çoxdur çalışır. Bu, müəllifin sayca 2-ci kitabıdır. Növbəti nəşrdə müəllif satışın artırılması yolları, eləcə də müştərilərlə düzgün davranış qaydalarından bəhs edir: “Tələbat artanda rəqabət yaranır. Rəqabət artdıqca da müasir müştəri yaxşı xidmət, keyfiyyət istəyir. Kitabın ərsəyə gəlməsində məqsəd bu sahədə çalışanların təcrübəli olmasıdır”.

Nəşrdə turistlərin diqqətini cəlb edən məqamlar, müştəri psixologiyası, bədən dili, ümumiyyətlə, müştəri məmnuniyyətini şərtləndirən bir çox məqamlara toxunulub.

Kitabda tanınmış şəxslərin “Müştəri nə istəyir?” sualına cavabları da yer alıb.

Kitab artıq satışdadır. Müəllif bildirib ki, satışdan əldə olunan gəlirin bir qismi xeyriyyə məqsədlərinə xərclənəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər