Sumqayıtlı gənclər Heydər Əliyevi anıblar

767

«Azərikimya» İstehsalat Birliyinin akt zalında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə tədbiri keçirilmişdir. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri – Milli Məclisin deputatı Muxtar Babayev , YAP Sumqayıt Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov , YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov , Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.

Tədbir öncəsi ulu öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, bu dahi siyasətçinin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, öz çıxışında «Heydər Əliyev və Azərbayjan gənjliyi» mövzusu ilə müəyyən məsələlərə toxunub. Azərbaycan gəncliyi yeni dövrdə nə istədiyini, nə etmək lazım gəldiyini, Azərbaycan və azərbaycançılıq naminə hansı məsələlərə diqqət yetirilməli və nə iş görməli olduğunu çox aydın dərk edir. Məhz bu ruh yüksəkliyi və təşəbbüskarlıq biz gənclərə – ulu öndər Heydər Əliyevin milli ideyalarının reallaşaraq təsdiqini tapması və dövlət gənclər siyasətinin Prezidentimiz İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun inamla və uğurla davam etdirməsi nəticəsində nəsib olub, – deyə, Elmar Məmmədov əlavə edib.

Çıxış üçün söz Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rustəm Sadıqzadəyə verilib. O, öz çıxışında Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Daha sonra çıxış üçün söz «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri – Milli Məclisin deputatı Muxtar Babayevə verilib: “Heç kəsə sirr deyil ki, gənclik millətin yaşaması, inkişafı üçün təməl daşıdır.Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı,intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən
asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar”.

Yekun söz YAP Sumqayıt Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilova verilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin həyatında oynadığı xilaskarlıq missiyası barədə danışıb. Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Tədbirin sonunda şəhərin 11 saylı tam orta məktəbinin şagirdlərinin ifasında Ulu öndərə həsr olunmuş şeirlər və mahnılar səsləndirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər