Sumqayıtlı idarə rəisi qadınlar haqqında nə dedi?… -FOTOLAR

1833

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada MKS işçiləri ilə görüş keçirib. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən görüşdə idarə rəisi MKS işçilərinin simasında Azərbaycan xanımlarını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. O bildirib ki, Azərbaycan qadını hər bir ailədə təkcə həyat yoldaşı deyil, həm də etibarlı dost, qayğıkeş anadır. Hər zaman öz mətanəti, fədakarlığı, yüksək əxlaqi keyfiyyətləri, ailəcanlılğı ilə dünyanın bütün xanımlarından fərqlənən qadınlarımız hər cür diqqətə və qayğıya layiqdir”. Sonda kitabxanaçı xanımlar göstərilən diqqətə görə idarə rəisinə təşəkkür ediblər.

Sumqayıt şəhər F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Səriyyə Dünyamalıyevanın ifasında “Ana” haqqında şeir, “Buta”qızlar ansamblı, məktəbin kiçik xor kollektivi və skripka ansamblının çıxışları alqışlarla qarşılanıb. Sonda məktəbin direktoru Vasif Heydərov kollektivi bayram munasibəti ilə təbrik edib,

Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə xalq mahnı və rəqsləri, həmçinin, bəstəkar əsərləri böyük həvəslə ifa olunub. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında instrumental musiqilər, müəllimlərin solo ifaları maraqla dinlənilib.

Şuşa rayon Niyazi adına Uşaq İncəsənət Məktəbində keçirilən konsertdə şagirdlər: Şamil Əliyev, Aytən Hacızadə, Mahir Əliyev, Tunar Məmmədli, Şövkət Yusifli, Yağmur İbadova və başqalarının ifaları valideynlər tərəfindən maraqla qarşılanıb.

ŞuşaRayon Xəlfəli Kənd musiqi məktəbində keçirilən tədbiri məktəbin direktoru Salman Ağalarov açaraq xanımları təbrik edib.Tədbirdə məktəbin şagirdləri Şuşa rayon Turşsu kənd uşaq musiqi məktəbinin şagirdləri ilə birgə konsert proqramı ilə çıxış ediblər. Tədbirdə məktəbin xor kollektivinin ifasında bəstəkar Fikrət Əmirovun “Odlar ölkəsi” mahnısı, 3-cü sinif şagirdi İsmayıl Xuduyevin ifasında “Bayatı-şiraz” muğamı və digər ifalar maraqla dinlənilib

Zəngilan rayon mədəniyyət işçiləri Sabirabad rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınmış qəsəbədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə xalq və bəstəkar mahnıları, anaları vəsf edən şeirlər ifa olunub. Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov çıxış edərək xanımları bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

Sumqayıtlı idarə rəisi qadınlar haqqında elə sözlər dedi ki… -FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər