Sumqayıtlı idmançı Murad Hacızadə avropa çempionu oldu

2550

Son qitə çempionatlarında bir-birinin ardınca iki bürünc medal qazanan Murad Hacızadə (kumite +84 kq, şəxsi məşqçisi Rafael Məmmədov, milli komanda məşqçisi Anar Allahverdiyev), Danimarkanın Aalborq şəhərində 21 yaşadək gənclər arasında Avropa çempionu oldu.

Azərbaycan Milli Karate Federasiyasından  verilən məlumata görə, 4 görüşün heç birində xal buraxmayan seçmə komandanın lideri, turnirin ən yaxşı idmançılarından biri oldu. M.Hacızadənin çempionluğu ümumi komanda sıralamasında geriləyən Azərbaycan karateçilərini 4-cü pilləyə yüksəltdi.

Yarışın əvvəlki günləri Roman Heydərov (21 yaşadək gənclər, kata), Əminağa Quliyev (16-17 yaşlı gənclər, -61 kq), eləcə də Tale Yaqubov (14-15 yaşlı yeniyetmələr, kumite) ardıcıl ikinci dəfə qızıl medala, Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, kumite) isə bürünc mükafata sahib oldu.

Emil Güləhmədov bürünc medal uğrunda həlledici görüşdə qərəzli hakimlik səbəbindən mükafatsız qaldı. Daha bir idmançımız İsmayıl Məhəbbətli (14-15 yaşlı yeniyetmələr, kumite, -70 kq) təsəlliverici görüşlərə qatılsa da, üçüncülük şansını əldən verdi.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin üzvü Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak etdi. EKF tərəfindən etimad göstərilən Beynəlxalq hakim Cahangir Babayev, qitə çempionatının final görüşlərini idarə edən xüsusi referilər qrupuna daxil olundu.

1 bürünc medaldan əlavə, Danimarkada Azərbaycan himnini 4 dəfə səsləndirən karateçilərimiz ilin sonunda daha mötəbər yarış, iki ildən bir keçirilən yeniyetmə və gənclərin Dünya çempionatı gözləyir. 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatında 51 ölkədən 1092 idmançı iştirakı etdi. Onlardan yalnız 34 dövlətin karateçiləri müxtəlif əyarlı mükafatlar, 14 ölkənin idmançıları isə qızıl medala sahib ola bildi.

Yarışın sonunda EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Macarıstan nümayəndələrinə verildi.

AÇ: Karateçilərimiz 4 qızıl və 1 bürünc qazandı - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər