Sumqayıtlı kadr mətbuat katibi təyin edildi – FOTO

2438

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK) yeni mətbuat katibi təyin olunub.
Bu vəzifə Samir Səfərova həvalə edilib.
Qeyd edək ki, S. Səfərov 1983-cü ildə anadan olub. Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil alıb. Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq”, sonra isə Sumqayıt Dövlət Universitetinin “İqtisadiyyatı İdarəetmə” fakultəsini bitirib.
2005-2007-ci illərdə Lider Tv-də, 2007-ci ildən 2020-ci ilə qədər AZTV-də, 2020-ci ildən bu təyinata qədər “SVENKR” MTK -da direktor müavini kimi fəaliyyət göstərib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər