Sumqayıtlı operator Sirac Abışov “Sərhədsiz Reportyorlar” Təşkilatının siyahısına daxil olunub

547

Sumqayıtlı operator Sirac Abışov “Sərhədsiz Reportyorlar” Təşkilatının (SRT) qətlə yetirilən media təmsilçilərinin siyahısına daxil olunub.

SRT-nın siyahısında vəzifə borcunu yerinə yetirərkən öldürülən dünyanın 20 ölkəsindən 38 jurnalistin adı var. Şəhid Abışovla yanaşı, Məhərrəm İbrahimov da siyahıda yer alıb.

AzTV-nın operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov bu il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə ucalmışdırlar.

S.Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 1996-cı ildə Çingiz Mustafayev adına Sumqayıt şəhər 40 saylı tam orta məktəbə qəbul olmuş, 2007-ci ildə həmin məktəbin məzunu olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb.

Sirac Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər