Sumqayıtlı tanınmış həkimin oğlu dənizdə boğularaq öldü

2221
Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.
Xəbərə görə, FHN-nin  “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Axtarış nəticəsində batan şəxsin Corat qəsəbəsi yaxınlığında dənizdən meyiti aşkarlanaraq sudan çıxarılıb.  Onun 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Pərviz Məmmədov olduğu olduğu məlum olub.
Qeyd edək ki, P. Məmmədov Sumqayıt Vərəm Xəstəxanasının həkimi Adil Məmmədovun oğludur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər