Sumqayıtlı yazar kitablarını payladı

1045

Sumqayıtlı gənc yazar Aydın Şahid oxucularla sayca üçüncü görüşünü keçirdi. Aprelin 6-da M.Rəsulzadə adına 2 saylı kitabxana filialında baş tutan tədbiri giriş sözü ilə açan kitabxana filialının direktoru Ofelya xanım, qeyd etdi ki, bura yığışmağımızda məqsəd həm də cəmiyyətdə kitaba, mütaliəyə marağın artırılmasıdır. Daha sonra Aydın Şahid öz şeirlərini söylədi, ona ünvanlanan sualları cavablandırdı. Bakı şəhərindən tədbirə təşrif buyurmuş şair Qərib, Şair Nuru Abbullayev, Ədəbiyyat Muzeyininin elmi işçisi, tərcüməçi Təbəssüm Muxtarova gənc şairin yaradıcılığı haqqında fikirlər söylədi, ona uğurlar arzuladılar.

Sonda gənc yazar özü ilə gətirdiyi bədii kitabları oxuculara hədiyyə etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər