Sumqayıtlı yazarlar Moskvada: “And” romanının rus dilində təqdimat mərasimi təşkil olunub

402

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıtda yaşayıb-yaradan üzvləri şair-yazıçı Süleyman Hüseynov və şair-tərcüməçi İbrahim İlyaslı Rusiyadan yaradıcılıq səfərindən qayıdıblar.

AZƏRTAC xəbər verir ki, sumqayıtlı ziyalılar səfər çərçivəsində Moskva və Kaluqa şəhərlərində bir sıra maraqlı tədbirlərdə iştirak etməklə yanaşı, Süleyman Hüseynovun vətənpərvərlik mövzusunda yazılmış, Qarabağ münaqişəsi və Rusiya-Azərbaycan dostluq əlaqələrindən bəhs edən “And” romanının rus dilində təqdimat mərasiminə də qatılıblar. Əsəri rus dilinə özbəkistanlı Şaxlo Kasımova tərcümə edib.

Moskvada keçirilən təqdimat mərasimində əsərin əhəmiyyətindən danışılıb, müəllif oxucuların suallarını cavablandırıb.

Səfər çərçivəsində S.Hüseynov və İ.İlyaslı bir sıra görüşlər keçirib, Moskva Dövlət Dilçilik Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olublar.

Kaluqa şəhərində də tədbirlərdə iştirak edən sumqayıtlı ziyalılar “And” kitabını və Sumqayıta həsr edilmiş fotoalbomu şəhərin mərkəzi kitabxanasına hədiyyə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər