Sumqayıtlılar bu şəkli müzakirə edir…

1026

Sumqayıt Xəbər qəzetinin “facebook” səhifəsində paylaşılan bu  şəkil ətrafında aparılan müzakirələri diqqətinizə çatdırırıq:

Anar Quliyev Onların yeri ancaq dipanserdi, müalicə üçün..

Alish Mammadov Bunun səbəbini araşdırmaq lazımdır. Niyə narkomaniya vüsət alır? Kim istəyər ki öz əzizi belə vəziyyətə düşsün?

Vafa Cafarli Hərənin bir həyat tərzi var. Yəqin ona belə yaşamaq daha xoşdur.

Anar Quliyev Həyat mübarizə həyatıdır…Gərək mübarizə aparasan, həyat acımasızdır.

Alish Mammadov Onları əzizlərindən qoparıb bu çirkabın içinə çəkənlərə Allah lənət etsin!

Alish Mammadov inanmıram ki insan sağlam şüurlu şəkildə belə həyat tərzi seçə

Alish Mammadov Bu yaxınlarda eşitdiyim bir hadisə:
Tənha ana övladına illərlə gözəl tərbiyə verərək yetişdirir, 17 yaşında həmən oğlan yoldaşları tərəfindən nəşəyə öyrəşdirilir, hal hazırda cavan oğlan narkoman, anası isə dəli olacaq vəziyyətə gəlib. Bu insanlar Sumqayıtda yaşayırlar. Allah kömək olsun

Samir Bayramov Bədbəxtçiliyimiz bilirsiniz nədir? Dərd orasındadır ki, belələrinə yalnız kasıb təbəqə insanlarının yazığı gəlir və istəyir ki, nə isə kömək eləsin…amma kasıb təbəqə nə cür kömək eləsin? Şəkilə diqqətlə baxsanız görərsiniz ki, bu insan dəhşət xəstədir, çünki ayaqları şişmiş. Belə hal adətən ölülərdə olur…belə insanı normal həyata gətirmək üçün ilk əvvəl onun sağlamlığını geri qaytarmaq lazımdrır…

Gunel Recebova Hə düzdür, təəssüf ki, heç kim heç kimə köməklik etmək istəmir.

Alish Mammadov bu məsələyə birbaşa vəzifəli şəxslər əl qoymalıdır.

Rufat Azizov ele işdə orasındadır ki, birinci həmin vəzifəli şəxsləri təmizləmək lazımdır…

Farid Aghahuseynov Polislər hara baxır, oranı ayaq yolu kimi də istifadə edir.

Rufat Azizov Özüdə ki, Karvanın qabağı, hamının gəldiyi yer.

Alish Mammadov Sumqayıtda narkomaniya ilə mübarizə nə səviyyədədir? Sumqayitxeber və başqa qəzetlər bu məsələni mətbuatda işıqlandırmalıdır.

Vuqar Tagiyev

Belələrinin çoxu başqalarının təsiri və ya başqalarının ucbatından belə vəziyyətə düşürlər. Belə adamlardan şəxsən tanıdığım var. Bizim həyətdə qalırdılar. Anası hələ SSRİ vaxtında narkomanlıq edirdi. İki qardaş idilər. Nənələri baxırdı onlara. Həyətdə onlar qədər nəzakət, şəxqət görən bəlkə də yox idi. Hətta bəzən paxıllığımız tuturdu onlara. Heç analarının üzünü də görmürdülər. Nənələri rəhmətə gedəndə kiçik qardaşın öz atası gəldi apardı. Böyük oğlu da it bat oldu. 4-5 il bundan əvvəl yenidən peyda olub. Sizin dediyiniz vəziyyətdədir. Bəlkə də çoxları onu tanıyır. Xəstəxana tərəfdə fırlanır. Qış da olanda xəstəxananın istilik qazanxanasının yanında yatır, durur. Hardasa 1 il bundan əvvəl nənəsinin qardaşı gəlmişdi Brüsseldən. 3-4 gün onu axtardı. Tərslikdən də tapa bilmədi. Belə…

Arzu Hasanova Görəsən çarə həqiqətən də bu adamın içməyindədirmi?

Samir Bayramov …deyirsiniz vəzifəli şəxslər bu işə baxmalıdır…nəqliyat departamentinin işçisi sağlam bir kişini necə öldürüb. Əvvəlcə təhqir edib şoferi, sonra nömrəsini çıxardıb maşının, hələ bu azmış kimi axsaqqal şoferə bir şillə də vurub…yazıq kişi buna dözməyib ürəyi tutub, elə yerindəcə keçinib…deməyim odur ki, yuxarılar sağlam adamlarımızı öldürməsinlər, hələ qaldı ki xəstələrimizə əl tutmaqları…

Vuqar Tagiyev Bunların heç də hamısı içki düşkünü deyil.

Rufat Azizov Camaat bilirsiniz, bu adamın öz səhvi çoxdur, amma bütün səhv bunda deyil, təhsil səviyyəsi sıfırdır, ona görə kadr yetişmir, sonra iş tapa bilmir, ailə saxlaya bilmir, içir, narkoman olur, sonra da düşür bu hallara…

Gunel Recebova Bizim bir qonşu vardı. O da bu vəziyyətdə idi. Hər gün içib ailəsini döyürdü. Amma ailəsi onu tərk etmədi. Bir müddət sonra yoldaşının sayəsində yenidən öz ayağı üstündə durdu və indi xoşbəxt yaşayırlar. Həmin kişi indi işləyir…

Rufat Azizov Elə mən də belə hadisənin şahidi olmuşam…Hər şey insanın iradəsindən asılıdır…

Samir Shukurov Biyabırçılıq…

Sara Mirzeyeva Mən buna biyabırçılıq yox, bədbəxçilik deyərdim..

Tural Aghayev Mən isə bədbəxçilik yox, “xoşbəxtçilik” deyərdim…

Sara Mirzeyeva Tural bəy, niyə? Səbəb?

Tural Aghayev SARA xanım,
“xoşbəxtçilik”=(Bəzi dünyəvi problemlərdən uzaq+…+ öz aləminlə yaşamaq)+ (Bədbəxçilik+….+biyabırçılıq)

Çox bəsit düstur olsa da, sağ tərəfin mötərizə hissəsi xoşbəxtçiliyə işarə edirsə, ikinci mötərizə hissəsi həmin xoşbəxtçiliyi dırnaq içində yazılmasına məcbur edir…

Gunus-m Mehdiyeva Çox istərdim ki, Allah belə insanlara kömək olsun. Belə insanların köməyə daha çox ehtiyacı var….Hər bir insan yaşadığı günə şükür etməlidir.

Fidan Ali-Azerli Əslində ağlamalıdır, bu mənzərə…onu mən də Sumqayıtda neçə dəfə görmüşəm..zibilxanada plastik qab yığanda da görmüşəm…ancaq ən dəhşətlisi odur ki, həmin bu adam zibilxanada plastik qab yığanda qoca qadını döydüyünü və “bura mənim tockamdır, heç kim bura gəlməsin” qışqırdığını görmüşəm…Neft ölkəmizə baxın, zibilxana üstündə qırğın gedir..

Sara Mirzeyeva Tural bəy az da olsa sizinlə razıyam, amma yenə də bunu xoşbəxtlik saymıram. Belə xoşbəxtliyi də heç kimə arzulamıram…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • BAHAR
    Noyabr 23, 2010 - 11:44

    Hemise nedense deyirler ki,pis ehateye dusdu,ne bilim dostlari yoldan cixartdi vess….Men bunlarla razilasmiram.Allah hamiya agil,duusnme qbiliyyeti verib.Birinci novbede gerek dostlarivi duz secesen.Gorurusen o narkomandi ve s uzaq dur.Ikincisi de o insna ozu istemese onu hec kim mecbur ede bilmez buna.Onun oz iradesi zeifdise basqa mesele.Cox adama nese deye bilerler.ele kim en deyir onu elemeliyik?
    O ki qaldi fotoya ordaki menzereni tez-tez ele bazarda,adamlarin gur olduug yerlerde de goruruk.Hami ucun adilesib artiq.Sakitce baxib kecib gedirik.Neyneyek bes?? Gedib hara sikayet eleyek,kime deyek? Sefillere yardim eden hansisa bir qurum var? Gedib selahiyyetli sexslere de deyende deyecekler ki,bele derdien yanirsan ozun gotur saxla,mualice et ,ne bilim ne.Olmur axii
    Umumiyyetle hanisisa problemi hell etmekdense hec o problemin yaranmamasina calismaq lazimdirr.Axi Allah bizi narkoman olaraq getirmeyib bu dunyaya …Ozumuz calismaliyiq uzaq duraqq.Valla ozumuz istemesek hecc kim mecbur ede bilmezzzzz.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər