Sumqayıtlıları narahat edən daha bir problem öz həllini tapır - SUMQAYITDAN YAZIRLAR

1322

Müstəqillik dönəmində Sumqayıtda ümumiyyətlə sıradan çıxanan kinoteatr sektoru yeni nəfəs qazanır. Tezliklə Sumqayıt sakinləri yeni filmləri Bakı ilə eyni zamanda izləyə biləcəklər

Sumqayıtda kinoteatrın tikintisi davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə müstəqillik dövrünün ilk müasir kinoteatrının təhvil verilmə müddəti bəlli olub. Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilir.

 Sumqayıtda kinoteatrın tikintisi
© SPUTNİK / IRADE JELIL
Sumqayıtda kinoteatrın tikintisi

Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək. Üç zaldan ibarət olacaq kinoteatr noyabr ayında kinosevərlərin ixtiyarına veriləcək. Kinoteatr üç zaldan ibarət olacaq. Bu haqda açıqlamasında tikintiyə məsul şəxs, sahə rəisi Nadir Qasımov bildirib: “Birinci zalda 69 nəfər + 1 nəfər əlillər üçün, ikinci və üçüncü zallarda isə 79 nəfər + 1 nəfər əlillər üçün olacaq. Foye 467 kvadrat metr olacaq. Burada bilet satış mərkəzi, bufet və internet kafe fəaliyyət göstərəcək”.

Çoxdandır ki, sumqayıtlıları narahat edən bir məsələ də öz həllini tapacaq. Belə ki, bazar ətrafında yerləşən Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli bundan sonra kinoteatrın qarşısında ucalacaq.

Nizami Gəncəvinin heykəli burada ucalacaq
© SPUTNİK / IRADE JELIL
Nizami Gəncəvinin heykəli burada ucalacaq

Məlumat üçün bildirək ki, müasir standartlara cavab verən kinoteatr “Cinema+” şirkətinə icarəyə veriləcək. Başqa sözlə, şəhər sakinləri yeni filmləri Bakı ilə eyni vaxtda izləyə biləcəklər.

Qeyd edək ki, müstəqillik dönəmində Sumqayıtda kinoteatr sektoru ümumiyyətlə sıradan çıxmışdı.

© SPUTNİK / IRADE JELIL
Nadir Qasımov

6 iyul 2016-cı il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Nəriman Nərimanov küçəsində yerləşən “Nizami” kinoteatrındakı vəziyyətlə tanış olarkən narahatlığını ifadə etmiş və “Sumqayıt şəhərində müasir texnologiyalara uyğun, ən yeni proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təchiz olunan, tamaşaçıların zövqünü oxşayan kinoteatrın olmasının vacibliyini” vurğulamışdı.

MƏNBƏ: https://sputnik.az/culture/20191023/422112266/kino-kinoteatr-Sumqayit.html

Kamal Almuradlı, Sputnik Azərbaycan

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər