“SumqayiXeber.com” saytı da haker hücumuna məruz qalıb

871

Dünən haker hücumuna məruz qalan “SumqayiXeber.com” saytı bu gün fəaliyyətini bərpa edib

Hücum nəticəsində ölkəmizdə ilk regional online qəzet olan “sumqayitxeber.com” saytı fəaliyyəti dayandırılıb, bu sayta giriş mümkün olmayıb. Saytın baş redaktoru Eyvaz Qocayev haker hücumu ilə bağlı açıqlamasında bildirib ki, problem təkcə “sumqayitxeber.com” saytı ilə bağlı deyil, digər saytlara da eyni haker tərəfindən hücum olub: “İlk öncə düşündük ki, yalnız bizim sayta hücum olub. Sayta xidmət edən mütəxəssislərlə əlaqə saxladıq və məlum oldu ki, problem yalnız bizim saytla bağlı deyil, saytın yerləşdiyi serverə haker tərəfindən müdaxilə olunub. Artıq bu gün problem aradan qaldırılıb və sayt öz fəaliyyətini bərpa edib.”

Qeyd edək ki, bu günlərdə hakim Yeni Azərbaycan Partiyası (yap.org.az), Azərbaycan Konstitusiya Məhkəməsi (www.constcourt.gov.az) və Rabitə və İnformasiya Nazirliyinin Məlumat-İnformasiya Mərkəzinin (rabita.az) rəsmi saytları dağıdılmışdı. Bunla yanaşı Təhsil Nazirliyinin edu.gov.az, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının cssn.gov.az, habelə Abşeron Rayon İcra Hakimiyyətinin absheron.gov.az, Dövlət Gömrük Komitəsi və Təhsil Nazirliyinin strukturlarından olan texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının saytları saytları da haker hücumuna məruz qalmışdı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər