Sumqaylt yolunda polis rəisinin oğlunu maşın vurub öldürdü -VİDEO

4621

Bakı-Sumqayıt yolunda, Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberle.com APA-ya istinadən xəbər verir ki, qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan Müzəffər adlı sürücü idarə etdiyi “Daewoo Gentra” markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq o xəstəxanada keçinib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, Ü.Vəliyev Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyən Mehdi Vəliyevin oğludur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər