Suriyada üç Azərbaycan vətəndaşı qalıb

963

 

XİN: Hazırda azərbaycanlı diplomatların Suriyaya qayıtmasına dair qərar yoxdur

Azərbaycanın Suriyadakı səfirliyinin araşdırmaları nəticəsində bu ölkədə üç Azərbaycan vətəndaşının qaldığı məlum olub. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu üç vətəndaşdan ikisi Suriyada ailə qurmuş qadındır. Onlar səfirliyin konsulluq xidmətində qeydiyyata düşməyiblər. Üçüncü şəxs isə ixtisasca musiqiçidir və bu gün Suriyanı tərk edəcək.

 

Xatırladaq ki, Azərbaycanın Suriyadakı səfirliyi təhlükəsizlik səbəbilə müvəqqəti olaraq Beyrutda fəaliyyət göstərir. Elman Abdullayev bildirib ki, hazırda diplomatik missiyanın Suriyaya qayıtmasına dair qərar yoxdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər