Sürücülərin diqqətinə! Filter dəyişərkən ehtiyatlı olun (VİDEO)

372
Avtomobil ehtiyyat hissələri bazarında saxta filterlərinin sayı artıb. Ustalar deyir ki, keyfiyyətsiz hava filterləri avtomobillərdə yanacaq sərfiyatını artırmaqla yanaşı, mühərrikin ömrünün azalmasına və sıradan çıxamasına səbəb olur. İndi sizə keyfiyyətli filterləri seçməyin üsullarını təqdim edirik.
Yan-yana qoyulanda aralarındakı fərq açıq aydın bilinir. Saxta olanının üzərində nə istehsalçı firmanın adı nə də məhsulun kodu var.
Söhbət avtomobil üçün nəzərdə tutulan filterlərdən gedir. Ehtiyyat hissələrinin satışı ilə məşğul olan şəxslər bildirir ki, son zamanlar bazarlarda saxta filterlərin sayı çoxalıb. Keyfiyyətli filterləri seçməyin isə bir neçə üsulu var.
Avtomobil ehtiyyat hissələri üzrə mütəxəssis Mahir Həsənovun sözlərinə görə xüsusəndə yağ filetləri daha sıx toxunmalı və möhkəm formada olmalıdır. Həm orjinal olan, həm də olmayan amma keyfiyyətli filterlərin üzərində istehsalçı firmanın adı olur və onlar daha möhkəm formada hazırlanır.
Ustların sözlərinə görə keyfiyyətsiz filterlər mühərrikin düzgün işləməməsinə səbəb olur və yanacaq sərfiyyatını artırır.
Ustalar bildirir ki, sürücülər saxta filtelrəri ucuz olduğu üçün alırlar. Amma bu hal qənaət edilən məbləğdən qat-qat artığının təmirə xərclənməsinə səbəb olur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər