“TABUTUN KÜNCÜ” – dünya iqtisadiyyatında nələr baş verir…TAHİR MİRKİŞİLİ YAZIR

479
Dünya iqtisadiyyatı çətin dəyişikliklər astanasındadır. Aviasiyada “Tabutun küncü” (Coffin Corner) deyilən bir termin var. Bu, hava gəmisinin yüksəklikdə düşmə riski səbəbindən daha sürətli və ya yavaş uça bilməyəcəyi vəziyyəti təsvir edən termindir. Sürətin azaldılması hündürlüyün itirilməsinə, sürətin artırılması isə qaldırma qüvvəsinin azalmasına səbəb ola bilər: nəticədə belə bir vəziyyətdə təyyarəni sabit uçuşda saxlamaq çox çətindir, əks halda daim idarəetməni itirmək və düşmək təhlükəsi var. Hazırda dünya iqtisadiyyatında da bu cür vəziyyət yaranmışdır – “Tabutun küncü”.
Koronavirus pandemiyasına qədər olan üç onillikdə məcmu təklif hər zaman məcmu tələbin dəyişməsinə çevik reaksiya verirdi. Bu əsasən aşağıdakı 4 müsbət amilin təsiri nəticəsində baş verirdi:
1) Nisbətən sabit geo-siyasi şərait: iqtisadi artımı dəstəkləmək üçün azad bazarların və əməkdaşlığın əhəmiyyəti ilə bağlı geniş konsensusun mövcud olması
2) Texnoloji irəliləyişlər istehsal xərclərini aşağı saldı, vaxt və fiziki məsafənin iqtisadi fəaliyyəti məhdudiyyəti məhdudlaşdan faktor kimi rolunu azaltdı ki, bu da qlobal məhsuldarlığın artımının əsasını qoydu.
3) Əmtəə bazarlarının, istehsal amillərinin və maliyyənin qloballaşması siyasi və texnoloji amillərlə birləşərək dünya istehsalının hüdudlarını genişləndirdi.
4) Demoqrafik trendlər də müsbət oldu. Dübyada əmək resursları artım müşahidə etdirdi.
Bu amillərin məcmu təsiri aşağı inflyasiya ilə yanaşı iqtisadi artımın da sürətlənməsinə dəstək oldu. İnflyasiyanın aşağı hədd olması aşağıdakı əsasən amillərin hesabına oldu:
1) ölkə daxili iqtisadi fəaliyyəti ilə inflyasiya arasında əlaqənin zəifləməsi;
2) daha ucuz istehsal resurslarına çıxış;
3) şirkətlərin qiymət hakimiyyətini və işçilərin sövdələşmə hakimiyyətini zəiflədən yüksək beynəlxalq rəqabət.
Bu amillər təklifi tələbdəki dəyişikliklərə daha həssas etdi. İstehsalçılar qlobal təchizatçılar şəbəkəsinə asanlıqla daxil ola və ən yaxşı qiymətlərdən yararlana bilirdilər və böhranlar zamanı təklif yeni tələb modelinə uyğunlaşaraq tez bərpa olunmağa meylli olurdu.
Təklifin “Yol küləkləri” iş tsiklini dəyişdi. İnflyasiyanın aşağı və sabit olması şəraitində bum dövrlərində pul siyasətinin əvvəlki qədər sərtləşdirilməsinə ehtiyac qalmadı. Tənəzzüllər zamanı isə mərkəzi banklar inflyasiyanın nəzarətdən çıxmayacağına əmin olaraq stimullaşdırıcı tədbirlər həyata keçirirdilər. Tarixən aşağı nominal və real dərəcələr həm də fiskal siyasətin manevr etmək üçün daha çox imkana malik olması demək idi.
QIRILMA XƏTTLƏRİ
Əmək məhsuldarlığının artımının azalması əsas həyəcan siqnalı oldu. İnkişaf etmiş ölkələrdə onun tənəzzül tendensiyası ötən əsrin 90-cı illərindən başlayıb, qlobal maliyyə böhranı zamanı o, aşağı düşdü və heç vaxt bərpa olunmayıb. İnkişaf etməkdə olan bazarlar isə struktur islahatları və qlobal istehsal zəncirlərinə inteqrasiya sayəsində məhsuldarlıq artımına nail oldular, lakin bu keçici oldu.
Davamlı əmək məhsuldarlığı artımı olmadıqda, iqtisadiyyatlar digər artım mənbələrinə əsaslandı: maliyyə sisteminin genişləndirilməsi və kredit resurslarına çıxış, fiskal və pul siyasəti tədbirləri. Bu, ən azı qlobal maliyyə böhranına, tələb və borc əsaslı böyümənin mühərrikinin dayandığı zamana qədər işlədi. Bərabərsizlik artdı və dövlət və özəl borclar tarixi maksimumlara çatdı.
Bütün bunlar iqtisadiyyatı daha “kövrək” etdi , fiskal və monetar manevrlər üçün məkan getdikcə daraldı və inzibati orqanlar hər tənəzzüldən sonra iqtisadiyyatı bərpa etmək üçün getdikcə daha çox stimul tətbiq etmək məcburiyyətində qaldılar.
Bununla belə, çevik təkliflə inflyasiyanı artırmadan tələbi idarə etmək hələ də mümkün idi…
KƏSKİN DÖNÜŞ
Pandemiya və Ukraynadakı hərbi münaqişə göstərdi ki, təklif tərəfində düzəlişlərin əhatə dairəsi sərhədsiz deyil və bu isə siyasətin kalibrlənməsini çətinləşdirdi. Pandemiya ilə mübarizə aparmaq üçün qlobal iqtisadiyyat demək olar ki, dayandırıldı, lakin sonradan məlum oldu ki, təklifin “yandırılması” və “söndürülməsi” tələbi yandırıb-söndürmək kimi deyil. Artıq hər kəs anlayır ki, artımın mühərrikini asanlıqla yenidən işə salmağın, sürəti tez bir zamanda bərpa etməyin və yenidən rəvan uçmağın mümkün olacağını gözləmək sadəlövhlükdür.
Bundan əlavə, məlum oldu ki, birincisi, məcmu təklifin mövcudluğunu “olmalıdır” kimi qəbul etmək olmaz, ikincisi, inflyasiya təklifin məhdudiyyətlərinə son dərəcə həssasdır. Bol təklifə öyrəşmiş və söndürülmüş mühərriki tənzimləməkdə təcrübəsi olmayan siyasətçilər isə keçmişdə inflyasiyanı artırmadan iqtisadi artımı bərpa etməyə kömək edən tanış tələb stimuluna müraciət etdilər. Nəticədə təklifdə yaranan problemlərdən qaynaqlanan inflyasiya çoxlarını darmadağın etdi.
Əsas məsələ ondan ibarətdir ki, təkliflə bağlı ara-sıra pozulmalar aradan qalxsa belə, “Yol küləklər”ı tərsinə çevrildiyi üçün inflyasiyanın hələ də yüksək qalacağı ehtimalı var – əvvəllər inflyasiyanın qarşısını almağa kömək edən bütün tendensiyalar indi əksinə təsir edir:
1) Ukraynadakı münaqişədən əvvəl də geosiyasi vəziyyət daha da gərginləşmişdi
2) Qloballaşmanın təsiri müvafiq olaraq azalmışdır
3) Texnologiyaların inkişafı artıq daha çox yerli istehsala dəstək olur, qlobal ticarətə deyil
4) Demoqrafik trendlər də əksinə çevrilib, pandemiyanın təsirindən insan kapitalı azalmağa başlayıb
Bu şərtlərdə iqtisadiyyatın davamlı iqtisadi artım yoluna qaytarılması üçün makroiqtisadi siyasətlərin yenidən qurulmasına ciddi tələb yaratmaqdadır.
İndi məcmu tələbi hədəfləyən siyasətlərə arxalanmaq daha yüksək və zəif idarə olunan inflyasiya riskləri yaratmaq deməkdir. Mərkəzi banklar artıq bütün iqtisadi şokları yumşaltmağa nail olacaqlarına arxayın ola bilməzlər – onlar ilk növbədə inflyasiya ilə mübarizəyə diqqət yetirməli olacaqlar.
Büdcə siyasəti sahəsində resursları daha çox iqlim dəyişikliyi, əhalinin qocalması və infrastrukturun inkişafı nəticəsində yaranan təchizat problemlərinin həllinə yönəltmək lazım olacaq. Dünyada təkliflə bağlı problemlərin olduğu bir zamanda tələb stimullaşdıran vergi-büdcə siyasəti məhdudlaşdırılmalı və sərt pul siyasəti ilə kompensasiya edilməlidir.
Yeni makroiqtisadi siyasətin son məqsədi innovasiya, institusional, texnoloji və ətraf mühitin yenidən qurulması üçün şərait yaratmaqdır. İnsan kapitalını qorumaq üçün səhiyyə sahəsinə investisiyaların artırılması , müxtəlif növ infrastruktura (rəqəmsal və yaşıl daxil olmaqla) investisiyaların təşviq edilməsi, rəqabətin və təhsiliin inkişa etdirilməsi vacibdir – bütün bunlar innovasiyaları təşviq edir. Texnoloji innovasiyalardan faydalanmaq üçün əlverişli tənzimləyici və hüquqi mühit yaratmaq lazımdır.
Azərbaycanın monetar və fiskal siyasətində çeviklik, vaxtında atılan addımlar, ehtiyat resursların həcminin böyüklüyü yarana biləcək bir çox problemlərin aradan qaldırılmasına imkan vermişdir. Eyni zamanda, büdcə siyasətində daha çox təklifin canlanlandırlmasına yönəlik siyasətin gücləndirilməsi yuxarıda göstərdiyimiz istiqamətlərə uyğun gəlməkdədir.
Düşünürəm ki, bütün bunlar davamlılıq, çeviklik və səmərəlilik arasında balans tapmağa imkan verəcək. İstənilən bir pilotun dediyi kimi, “xəbərdarlıq sistemləri yanıb-sönməyə başlayanda, vaxtında və qətiyyətli hərəkət etmək çox vacibdir”. Tamamilə mümkündür ki, təklifin canlandırılmasına yönəlmiş vaxtında “makroiqtisadi yenidən başlama” nəinki daha güclü və dayanıqlı qlobal iqtisadiyyata gətirib çıxaracaq, həm də yeni “küləklərin” və imkanların yaranmasına gətirib çıxaracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər