Tahir Mirkişili: 2020-ci ilin dövlət büdcəsi sosial yönümlü və investisiya yönümlü büdcədir

1094

“Ordunun gücləndirilməsi ilə bağlı davamlı gedən proseslərin maliyyələşdirilməsi istiqamətində gələn il hərbiyə ayrılan xərc də artırılacaq.”

Bu fikirləri dövlət büdcəsi haqqında qanun layihəsini şərh edən Milli Məclisin deputatı Tahir Mirkişili “İki sahil”ə açıqlamasında bildirib. “Bununla yanaşı, ölkədə həyata keçirilən hüquqi islahatların dəstəklənməsi və bu istiqamətdə proseslərin sürətləndirilməsi üçün də xərclərin artırılması nəzərdə tutulub. Bütün bunlarla yanaşı, növbəti ildə sosial iqtisadi islahatların aparılması üçün dövlət büdcəsindən 1 milyard manata yaxın ehtiyyat məbləğ nəzərdə tutulub. Bu da bir tərəfdən sosial iqtisadi islahatları daha sürətlə aparmağa, digər tərəfdən isə əhalinin bu islahatlardan daha çox yararlanmasına xidmət edəcək. Ümumilikdə növbəti ilin iqtisadiyyatı bu ildən daha sürətli artacağı gözlənilir. Belə ki, ümumi daxili məhsul 3 faiz, qeyri-neft sektorunun 3,8 faiz artması planlaşdırılır. Bütün bu makro iqtisadi şərait büdcə gəlirlərinin növbəti ildə də proqnozlaşdırıldığından daha çox artmasına şərait yaradacaq. Bu da növbəti ilin büdcəsinin əlavə gəlirlərinin yenidən əhalinin sosail şəraitinin daha da yaxşılaşmasına xidmət edəcəyinə deməyə əsas verir.” Deyə T.Mirkişili əlavə edib.

Tahir Mirkişili  vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsi sosial yönümlü olmaqla yanaşı, həm də investisiya yönümlü büdcədir: “Belə ki, dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır. Bunun vasitəsilə ölkədə nəqliyyat infrastrukturunun yenilənməsi, məktəb, səhiyyə müəssisələrinin tikintisi, yol infrastrukturu, qazlaşdırma, su və kanalizasiya xətlərinin çəkilməsi, melorasiya sahəsində yeni layihələr həyətə keçiriləcək ki, bu da iqtisadi aktivliyi daha da artıracaq.”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər