Tahir Mirkişili: “Artıq müharibənin qəhrəmanları əsgərlər deyil, həkimlər, tibb bacılarıdır”

511

Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili pandemiyanın yaratdığı vəzaiyyətlə bağlı rəsmi facebook səhifəsində paylaşım edim. 

sumqayitxeber.com millət vəkilinin yazısını təqdim edir:

“Pandemiya dayanıqlı və təhlükəsiz görünən dünyanı ani olaraq dağıtdı. “Əl tutmaq” kimi ən adi vərdişlər qəfildən ən təhlükəli oldu. Əgər əvvəllər biz bir məsələni müzakirə etmək üçün soruşurduqsa ki, “bəlkə şəxsən görüşək?”, indi əksinə, şəxsi görüş üçün böyük bir səbəb axtarırıq, çalışırıq telefon və ya video konfransla müzakirə edək.
Dövlətlərin tənzimləmə orqanları texnologiyaların inkişafı yolunda əksər maneələri qaldırmaqdadırlar. Əvəllər bu manelərin qaldırılması üçün aylar və ya illər tələb olunardı. Hər kəsi narahat edən fərdi məlumatların təhlükəsizliyi məsələsi indi demək olar ki heç kimi maraqlandırmır. Pandemiyadan sonra “bu cini şüşəyə” qaytarmaq çox çətin olacaq…
Paradoks kimi görünsə də, yeni erada fərdiçilikdən imtina baş verəcək. Ümumi bəlaya qarşı birgə mübarizə, sosial infrastruktur olmadan yaşamağın mümkün olmamasını anlamaq – bütün bunlar yeni humanizm və yeni sosializm dövrünü başlatmaqdadır.
Pandemiya şüurların hərbsizləşməsinə gətirib çıxarmaqdadır. Əvvəllər “düşmən” deyəndə gözlərimiz önündə əlində silah olan insan obrazı canlanırdı. Amma indi düşmən virusdur, onu isə güllələmək olmur. Artıq müharibənin qəhrəmanları əsgərlər deyil, həkimlər, tibb bacıları və könüllülərdir. Qəhrəmanlıq və patriotizm anlayışları da dəyişir. Sən demə, öz işlərini görən adi insanlar da qəhrəman və patriot ola bilərlərmiş…
Dərin biliklərə sahib olan mütəxəssislərin dövrü başlayır. İnsanlar məhz onlara daha çox inanacaqlar. Pandemiya göstərdi ki, əsl bilik çox dəyərlidir, çünki məhz o, insan həyatını xilas edə bilir.
Son on illiklərdə həqiqət və elm öz avtoritetini itirməyə başlamışdır. “Doğruluq” termini yaranmışdır: real hadisələrə aid olmayan, amma həqiqət görüntüsü verən və kütləvi istehlak üçün təklif edilən informasiyalar. Məhz belə bir dövrdə yaşamaq böyük məsuliyyət tələb edəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər