Tahir Mirkişili: ATƏT PA-da Kibertəhlükəsizlik Komitəsinin yaradılması vacibdir

912

ATƏT Parlament Assambleyasının Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.

Modern.az-ın məlumatına görə, müzakirə zamanı çıxış edən Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqda kütləvi informasiyanın toplanmasına yönəltməyin vacibliyini qeyd edib.
Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olmasini, texnologiyaların inkişaf sürətinin yüksəlməsini və ondan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini qeyd edib.

Tahir Mirkişili mövzunun həyati əhəhmiyyət daşıdığını nəzərə alaraq ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitərinn yaradılmasının vacibliyini qeyed edərək bu ideyaya dəstək verəcəyini də bəyan edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər