TAHİR MİRKİŞİLİ: “Azad olunmuş ərazilərdə tədbiq olunan innovasiyalar vətəndaşlarımızın daya yaxşı yaşayışını təmin edəcək”

419

“Bildiyiniz kimi bərpa işi bütövlükdə bir neçə mərhələdən ibarətdir. Bu mərhələnin birinci hissəsi ərazidə təhlükəsizliyin təmin olunmasıdır. Sərhədlərin möhkəmləndirilməsi, minaların təmizlənməsi və təhlükəsizliyin təmin olunması ilə bağlı digər istiqamətlərdə hazırda işğaldan azad olunmuş ərazilərdə işlər davam etdirilir. Bu gün qarşımızda duran ən böyük manelərdən biri məhz budur. Bütün bunlar görülən işlərin sürətini zəiflədir. Bir çox hallarda biz insanların minalara düşdüyünü, həlak olduğunu görürük.  Bu gün təhlükəsizlik məsələlərinin həll olunması ilə parallel olaraq ərazidə ciddi şəkildə infrastruktur layihələrinin reallaşdırıldığının da şahidi oluruq. Bunlar əsasən infrastrukturla bağlı layihələrdir. Hazırda ərazidə yol, işıq, qaz və digər communal xidmətlərlə bağlı infrastruktur layihələri reallaşdırılır”.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib.

Tahir Mirkişili qeyd edib ki, təcrübə göstərir ki, bu işlər nə dərəcədə keyfiyyətli olarsa və bu istiqamətdə innovasiyalar nə qədər çox tətbiq olunarsa gələcəkdə insanların yaşayışında, eyni zamanda bölgəyə investisiyaların cəlb olunmasında daha böyük imkanlar yaranmış olar: “İlkin ifrastruktur işləri iqtisadi cəhətdən ən bahalı işlər sayılır. İnfrastrukturun indidən düzgün qurulması gələcək inkişafın düzgün olması, şəhər və kəndlərin idarə olunması baxımından çox ciddi məsələlərdir. Bu gün müasir insanların texnologiyasız yaşayışını təsəvvür etmək qeyri mümkündür. O artıq fərq etmir ki,  insane şəhərdə və yaxud kənddə yaşayır. Əgər 30 il öncə insanlar kəndlə şəhərdə texnologiyalar cəhətdən ciddi fərqlərin olmasına hazır idilərsə, bu gün artıq dünya çox dəyişib. İnsanlar harda yaşamasından asılı olmayaraq texnologiyalara çıxışı təlabat kimi görür və bu artıq ilkin tələbat şərtlərindən biri kimi qəbul olunur. İşğaldan azad olunmuş ərazilərdə salınacaq yeni yaşayış məskənlərində ilk növbədə bu kimi məsələlərə diqqət yetirlir. Bakıdan kifayət qədər uzaq olan azad olunmuş ərazilərdə idarəetmədə, enerji ilə təminatda, məlumatların ötürülməsində və digər istiqamətlərdə innovasiyaların tətbiq olunması üçün ciddi addımlar atılır. İnnovasiyaların tətbiq olunması gələcəkdə insanalrın daha rahat yaşayışını təmin etmiş olacaq ki, bu da öz növbəsində kəndlərə köçmə prosesi baxımından kifayət qədər önəmli məsələdir”.

Millət vəkili Tahir Mirkişili bildirib ki, burada məsələnin mənəvi tərəfi də var: “Bildiyiniz kimi bu ərazilər darmadağın olunub. 30 il ərzində düşmən tərəfindən torpaqrımızın işğal altında saxlanması həmin ərazilərin Azərbaycanın digər ərazilərindən inkişafda kifayət qədər geridə qalmasına səbəb olub.  Amma artıq bu gün görülən işlər onu deməyə əsas verir ki, işğaldan azad olunmuş ərazilərdə tətbiq olunacaq innovasiyalar Azərbaycanın digər ərazilərindən daha irəlidə olacaq. Azad olunmuş ərazilərdə vətəndaşlarımızın daha yaxşı yaşayışını təmin etmək üçün Azərbaycan dünyanın ən müasir innovasiyalarını tətbiq etməyə qadirdir və bu gün bunu edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər