Tahir Mirkişili: “Cənub Qaz Dəhlizi layihəsinin açılışı Azərbaycanın nüfuzunun bariz nümunəsidir”

466

Ekspertlərin fikrincə, Cənub Qaz Dəhlizi Azərbaycanla Avropa İttifaqı arasında yüksək əməkdaşlığın bariz nümunəsidir

Ötən gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan prezidenti bildirib ki, Cənub Qaz Dəhlizi vaxtında atılmış və müdrik addımdır.

Ötən gün Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə iştirak edən Azərbaycan prezidenti bildirib ki, Cənub Qaz Dəhlizi vaxtında atılmış və müdrik addımdır.
Qeyd edək ki, bu layihə ilə bağlı 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanıb. Son 4 ildə Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilib. Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. İndiyədək bu layihənin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub.

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirdi ki, Cənub Qaz Dəhlizi regionun ən böyük qaz ixracı layihəsidir: “Eyni zamanda “Şahdəniz”dən hasil olunan qaz və və həmçinin onun həcmi, o cümlədən bu yatağın özü dünyada ən böyük qaz ehtiyatlarına sahib olan yataqlardan biridir. Bu baxımdan Xəzərin qaz ehtiyatlarının Avropaya çatdırılması həm region, həm də Azərbaycan üçün iqtisadi və geosiyasi məna daşısa da, Avropa İttifaqının özü üçün enerji təhlükəsizliyinin təmin edilməsində həyati əhəmiyyət kəsb edir. Çünki məhz Avropanın cənub və cənub-şərq hissəsindəki ölkələrinə Azərbaycan qazını çatdırmağı nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi bu ölkələrin qazla təmin olunmasında mühüm bir əhəmiyyət kəsb edəcəkdir. Bu baxımdan layihənin işə düşməsi ilə “Şahdəniz-2” layihəsi, eyni zamanda Azərbaycan və Gürcüstan ərazisindən keçən Cənubi Qafqaz boru kəməri layihəsi tam icra olunmuş vəziyyətdədir. TANAP layihəsinin də bu günlərdə işə düşəcəyi ilə bağlı məlumatlar verilib. O cümlədən qısa müddətdən sonra TAP layihəsinin işə düşməsi ilə mavi yanacağın 2020-ci ildə artıq Avropa bazarlarına çatıdırılması nəzərdə tutulur. Layihə çərçivəsində elə planlaşdırılıb ki, sonradan onun ixrac həcmini iki dəfəyə yaxın artırmaq mümkündür”.
T.Mirkişili əlavə etdi ki, TAP layihəsinin illik ixrac həcmi 30 milyard kub metrdir: “Eyni zamanda Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ilə ilkin olaraq 20 milyard kubmetrdən çox qazın ixrac olunması nəzərdə tutulur. Avropa İttifaqının cənub və cənub-şərq ölkələrinin illik tələbatı hazırda 30 milyard kubmetrə yaxındır. Qeyd edilən ölkələr üzrə 2025-ci ildə tələbatın 44 milyard, 2030-cu ildə isə 50 milyard kubmetr olacağı planlaşdırılır ki, bu da əslində Azərbaycan qazı üçün iqtisadi cəhətdən böyük bazarın açılması deməkdir. Düşünürəm ki, Cənub Qaz Dəhlizi layihəsinin açılışı həm Azərbaycanın nüfuzunun, iqtisadi imkanlarının, həm dövlət başçısının siyasi nüfuzunun, həm də Azərbaycan-Avropa İttifaqı arasında yüksək əməkdaşlığın bariz nümunəsidir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər