Tahir Mirkişili inflyasiya və qiymət artımının səbəbini açıqlayıb

393

“Hazırda 2021-ci ili prepostpandemiya dövrü də adlandırırlar”.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, 2021-ci ildə qlobal ÜDM-nin artımı təxminən 6 %-ə yaxın olub: “Məcburi tələb artıb və təklifin məcburi tələbə çevik reaksiya verə bilməməsi ortaya çıxıb. Buna görə də ciddi şəkildə inflyasiya və qiymət artımı ilə üz-üzə qalmağımıza səbəb olub”.

Komitə sədri qeyd edib ki, 2021-ci ilin büdcəsi postmüharibə dövrünün ilk büdcəsidir: “İlk dəfə olaraq 2021-ci ilin büdcəsində insanların öz doğma yurd-yuvalarına qayıtması, azad olunmuş ərazilərin bərpası və s. məsələlər ilk dəfə büdcədə öz əksini tapıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər