Tahir Mirkişili: “İqtisadi rayonların yeni bölgüsü həm də geosiyasi məqsəd daşıyır”

787

“1991-ci ildə yaradılmış 10 iqtisadi rayonun 14 yeni iqtisadi rayonla əvəzlənməsi, Bakı, Qarabağ, Şərqi Zəngəzur, Mil-Muğan kimi yeni rayonların yaradılması və mövcud iqtisadi rayonların ərazisində dəyişikliklərin edilməsi həm iqtisadi, həm də geo-siyasi məqsəd daşıyır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

“Regionlarda iqtisadi ixtisaslaşma, investisiya siyasətinin fokuslanması, çevik iqtisadi siyasətin həyata keçirilməsi baxımından bu bölgü effektli və təcrübəyə əsaslanaraq aparılıb. Digər tərəfdən, böyük Zəfərdən sonra Qarabağın bərpası, Zəngəzur dəhlizinin açılması ilə bütövlükdə regionun inkişafı baxımından da yeni rayonların yaranması regional siyasətdə yeni mərhələnin başlanğıcıdır”, – o deyib.

Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev “İqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər