Tahir Mirkişili İrəvanda Göy məsciddən paylaşım etdi – Fotolar

1060

Ermənistanda səfərdə olan azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov Göy məscidi ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Tahir Mirkişili bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.

Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də.

İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!”, – deyə Tahir Mirkişili yazıb.

Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün fevralın 21-i İrəvana səfər ediblər.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər