Tahir Mirkişili: “Lombard sahəsinin ciddi tənzimləməsinin əleyhinəyik”

595

Milli Məclis “Lombardlar haqqında” qanun layihəsini növbəti ildə qəbul edəcək.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə , “Lombardlar haqqında” Qanun layihəsi Milli Məclisin iş planında olsa da, bu ilin sonuna qədər bu sənəd üzərində işləyib yekunlaşdıra bilmədik: “Qanun layihəsində insanların üzləşdikləri bir sıra xoşagəlməz məqamların aradan qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, lombardda insanların ən çox şikayət etdiyi məsələlərdən biri girovların saxlanması və sonra qaytarılması zamanı insanları müəyyən dərəcədə incidilməsi və şikayətlərlə bağlıdır”.

O bildirib ki, qanunun əsas tənzimləyici məsələsindən biri budur ki, girov qoyulan qiymətli əşyaların təhlükəsiz formada saxlanılması və daha sonra onları geri alınması ilə bağlı insanların bürokratik əngəllərlə və gecikmə ilə rastlaşmamasıdır”.

T. Mirkişili qeyd edib ki, bununla yanaşı, lombardların qeydiyyat sisteminin yaradılması da nəzərdə tutulur, bu da rəsmi fəaliyyətdə olanlar barədə məlumat toplamağa imkan yaradacaq: “Bu, elə bir sahədir ki, burada ciddi tənzimləmənin əleyhinəyik. Çünki lombardlar kifayət qədər iqtisadi və eyni zamanda, maliyyə təhlükəsizliyinə o qədər də ciddi təsir etməyən bir sahədir. Bizim əsas məqsədimiz burada sadəcə vətəndaşları qorumaqdır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər