Tahir Mirkişili sahibkarlarla görüşdü – FOTOLAR

815
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Balaxanı Sənaye Parkında fəaliyyət göstərən sahibkarlarla görüşüb. 
Bu barədə açıqlamasında komitəsinin sədri bildirib ki, qeyri-neft sənayesinin sürətli artımı bu sahənin böyük potensialından xəbər verir: “Balaxanı Sənaye Parkında inşa edilmiş sənaye müəssisələrində istehsal prossesi ilə tanış olduq, sahibkarlarla müzakirə apardıq.  Sahibkarlar öz istehsal sahələrinin genişləndirilməsini planlaşdırırlar. İnanıram ki, yeni, müasir texnoloji müəssisələrin fəaliyyətə başlamasının şahidi olacağıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər