Tahir Mirkişili seçicilərlə video konfrans vasitəsilə görüşəcək – ELAN

910

Əziz Sumqayıt şəhər 42-ci dairənin seçiciləri!
Pandemiya şəraitində vətəndaşların qəbulu dayandırıldığından kütləvi qəbul keçirə bilmək imkanımız xaricindədir. Bu müddət ərzində fərdi olaraq seçicilərin müraciətlərini qəbul edərək bizə yazılan məsələlərin həllinə nail olmağa çalışmaqdayıq.
Vətəndaşlarla fərdi görüşlərimiz məsafədən, video konfrans vasitəsilə təşkil olunur.
Görüş qaydalarını bir daha diqqətinizə çatdırmaq istərdik:

1. Görüş üçün deputat köməkçisi Cavid Quliyevə müraciət edib (tel:051 520 22 11, e-mail: cquliyev@meclis.gov.az) müvafiq informasiya vermək lazım.(Yaşadığınız ünvan, qeydiyyat ünvanı, ad, soyad, ata adı, şəxsiyyəti təsdiq edən sənədin fotosu, əlaqə nömrəsi)
2. Sizinlə əlaqə üçün müvafiq gün təyin edilərək video zəng vasitəsilə görüş təşkil olunacaq.
3. Görüş üçün bizim qərargaha və ya harasa gəlməyə ehtiyac yoxdur, video görüntünü dəstəkləyən telefonunuzun olması yetərlidir
4. Görüş üçün facebook səhifəmizə də müraciət edə bilərsiz.
5. Görüşlər daimi, davamlı keçiriləcəkdir.

Seçicilərdən xahiş edirik, onları narahat edən məsələlər və ya təklif, ideyaları üçün yuxarıda göstərilən vasitələrdən istifadə etsinlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər