Tahir Mirkişili: “Xərcləmirik, qənaət edirik, deyirsiniz ki, niyə xərcləmirsiniz?”

288

Milli Məclisdə dövlət büdcəsinin icra vəziyyətinin müzakirəsi zamanı çıxış edən bir sıra deputatlar büdcə vəsaitlərinə qənaət edilməsinə tənqidi yanaşıbar.

Musavat.com  xəbər verir ki, deputatlar qənaət edilmiş vəsaitlərin indiki dövrdə əhalinin ehtiyaclarına yönəldilməsinin vacib olduğunu bildiriblər:

“Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən oğurlanan pulların qarşısını alırsa, bunun nəyi pisdir? Xərcləyirik, deyirsiniz, niyə xərcləyirsiniz? Xərcləmirik, qənaət edirik, deyirsiniz, niyə xərcləmirsiniz? Bu gün büdcə xərcləri qənaət rejimində yerinə yetirilir”.

Komitə sədri qeyd edib ki, büdcə xərclərindən qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib: “Büdcənin 97 faiz icra edilməsi dünyada yaxşı nəticə kimi qəbul olunur. Rusiyada bu 94 faiz, Türkiyədə 96 faizdir”-T.Mirkişili əlavə etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər