Tanınmış kardioloq İdris Xəlilov COVİD-19-dan yazdı – “Qorxmaq yox, qorunmaq lazımdır”

1713

COVİD-19 ilə bağlı dünyanın yüksək ixtisaslı mütəxəssislərin tədqiqatlarının və son 42 ildə 4 ölkədə işlədiyim zaman qazandığım bilgilərimi paylaşmaq istəyirəm.

Bu haqda yazmaqda məqsədim:

1. Artıq bu virus bütün dünyanı əhatə edib və hər gün mənə çoxsaylı müraciətlər
olduğuna ğörə bir doktor olaraq bu problemə öz fikrimi bildirməyi özümə borc bildim.

2. Təəssüflə bildirmək istəyirəm ki, pasiyentlərin bir şikayətinə şərikəm – bütün
yayılan informasiyaların əksəriyyətinin ya elmi əsası yoxdur, ya da bir – birini təkzib
edir. Bu da hamını depressiyaya salır və panika yaradır.

3. Bu yazdıqlarım sağlam adamlar üçün, həkimə gedə bilməyən və ya getmək
istəməyən, simptomsuz, yüngül və orta ağır dərəcəli pasiyentlər üçün nəzərdə
tutulub.

4. Bir mənalı xatırladıram ki, bu xəstəlik zamanı mütləq mütəxəssislərlə kontakt yaradın! Qiyabi həkimlik olmur!

COVİD-19 nədir?

Koronaviruslar əsasən heyvanlardan (yarasa, ilan və s.) insanlara və insanlardan bir – birinə hava – damcı yolu ilə yoluxan spesifik viruslar ailəsidir. Virus mikroskop altında taca (karona) bənzədiyi üçün belə adlandırılır.

COVİD-19 – un belə yayılma səbəbi insanlarda immunitetin aşağı olmasıdır

1. İnsanlarda immunitetin güclü olmasının təmin edən faktorlardan biri də bağırsaqlarda yaşayan, çəkisi 2 – 4 kq olan bakteriyalar hesab olunur. Milyon illər ərzində, təkamül nəticəsində bu bakterialar insan bağırsağında bir baryer yaratmış və immunitetin əsas müdafiyə qüvvələrindən biri olmuşdur. Son 50 ildə antibiotiklərin bütün dünyada doğulan uşaqlarda çox zaman əsassıs yerə və böyük dozada tətbiq edilməsi əsas infeksion xəstəliklərin səbəbi olan bakteriyaların kökünün kəsilməsinə gətirib çıxartmışdır. Bakteriyaların məhvi immunitetin kəskin aşağı düşməsi və virusların üçün münbit səraitin yaranmasına səbəb olmuşdur.

2. Digər tərəfdən, insanların istifadə etdiyi bütun müxtəlif rəngli içkilər, ət, toyuq, tərəvəz və s. məhsullarda toksiki, kanserogen və hormonal maddələrin səviyyəsi dəfələrlə artmış və bu da qara ciyərə və digər orqanlara mənfi təsir etmışdir.

3. Və sonuncüsü: kapital yıganlarin min cür firildaqla insanları istismar edib pullarını əlindən qopardıb almaları onları qane etməmiş və onlar daha çox sərvət toplamaq üçün təbiəti, yer kürəsini və zəif ölkəlıri darmadağın etməyə başlamışlar . Nəticədə neft məhsulların emalı və müharibələr zamanı atmosferə qarışan milyon tonlarla zəhərli maddələrin təsirinə insanların ağ ciyərlərinin artıq dözə bilməməsi başa düşülməlidir. Bu real faktlara hamı göz yümür!

4. Korona virus bir mesajdır, təbiətin etirazı və qısasıdır! Əgər bəşəriyyət özünü məhfə aparan bu yollardan təcili imtina etməsə, onda daha çox dəhşətli viruslarla üzləşməli olacağ.

COVİD-19 -un simptomları:

Boğazda qıcıqlanma, ümümi halsızlıq, əzələ ağrıları, quru öskürək, burundan seliyin axmaması, hərarətin artması, iştahanın azalması, depressiya, panika, iyin və dadın itməsi və s.

COVİD-19-dan necə qorunmaq olar. Bunun 2 yolu var: kontakta girməmək və təbii immuniteti artırmaq

Mən COVİD-19-dan özümü qoruya bildimmi?

Mən qoruna bilmədim! Həkimlərin hamısı kimi mən də risk qrupuna aidəm. Çünki, pasiyentdən imtina etməyə haqqımız yoxdur. Atətən, bütün pasiyentləri kontakdan əvvəl ciddi sorğu – sual edirəm və şubhələnən kimi aidiyyətli mütəxəssislərə yönəldirəm. Buna baxmayaraq, köhnə bir pasiyentımin gohumları onun virusa yoluxmuş olduğunu bilərək mənə düzgün informasiya verməmış və konsultasiya olunmasına nail oldular. İlk suallar və ağ ciyərin auskultasiyası zamanı hər şey bəlli oldu! 2 gündən sonra məndə 3 gün ərzində günün 1 – ci yarısnda, 2 – 4 saat ərzində 37.1 – 37.3 hərarət, tam aydın olmayan dikomfort, boğazda qıcıqlanma, depressiya əmələ gəldi. Qorüna bilmədiyimə ğörə özümü qınamaga başladım. Bütün bildiklərim beynimdə fırlanırdı! Boş – boş fikirləri beynimdən qovdum və bu xəstəliyə mütləq qalib gələcəyimə özümü hazırladım! (buna bağlı yuxu pozğunluğu da yarandı!). Burundan selik ifrazı, iyin və dadın itməsi olmadı. 3 gün fasilədən sonra bu hallar bir də yarandı və 2 gün çəkdi.

Sonra 2 həftə ümümi yorgunluq davam etdi və sonra tam özümü gümrah hiss etməyə başladım!

Özümü necə müalicə etdim?

Ailə üzvlərinə bildirmədim və kontaktı minimuma endirdim

Depressiyaya yox dedim!

Hər 3 saatdan bir, gecə yuxudan əvvəl və səhər yuxudan duranda hərarətimi ölçdüm,

2 – ci gün PSR yaxma cavabı mənfi oldu.

Mənim dietam: Daha çox yataq rejiminə üstünlük verdim; hər axşam yuxudan əvvəl və səhər oyananda bir stakan isti suyu qurtum – qurtum içirdim: otağın havasını 3 saatda bir dəyişdirirdim; hər gün 3 – 5 dəfə güclü qidalanmağa başladım; 2 litrə qədər ilıq halda müxtəlif şirələr, çay, limon suyu, sarımsaq, soğan, istiotlu suplar qəbul etdim.

Birinci 3 gün və 9 – 10 gün qəbul etdiyim dərmanlar:

D3 emaks 10 ml – 2 damcını 200 ml suda həll edib yeməkdən 1 s. sonra (21:00); Zinkorot 25 mg – yarım tablet, yeməkdən 30 dəq. əvvəl gündə 1 dəfə, (19:00); Tab. Vitamin C 240 mg -1 tablet 100 ml suda həll edib yeməkdən sonra, gündə 1 dəfə; Зитмак (azitromisin) 500 mg -1 tablet, yeməkdən əvvəl, gündə 1 dəfə – ilk 2 gün.

Məndə olan halı kliniki olaraq yüngül formalı Covid – 19 hesab edirdim. Dietam doğru, qəbul etdiyim dərmanlar, ələlxusus antibiotik (azitromisin) içməyimi doğru hesab etmirəm! Limon suyu, sarımsaq, soğan, istiot və s. təsirləri subut olunmayın.

Sağlam qida kimi fərdi seçim ola bilər.

Xəstəlikdən qorunma:

100% qorunma üçün kontakdan çəkinmək – çünki xəstəliyin ilk dövründə insanlar simptomsuz, praktiki sağlam olduqlarına baxmayaraq, asqıran zaman məsafə 2 metrdən az və kontakt dövrü 15 dəq. çox olarsa, daha çox yoluxma riski olar; Virusu olan, lakin asqirmayan xəstələr yoluxucu olmur;

Virusun havadan, əşyalardan və s. keçmə riski yoxdur – əgər xəstənin öskürəyi zamanı əlləriniz bulaşmayıbsa.

Xəstəliyin 1 – 3 gedişi zamanı heç bir dərman preparatına, tomoqrafiyaya, və ya müxtəlif bahalı müayinərə ehtiyac yoxdur!

COVİD 19-un klinikası (təzahürü):

1. Virus daşıyıciları: kontaktda olub simptomsuz, praktiki sağlam, immuniteti güclü olanlardır.

2. Yüngül forma: kontaktda olub, bir və ya bir neçə simptomla bərabər hərarəti epizodik, 36.8 – 37.5 arasında, gün ərzində bir neçə saat və bir neçə gün olanlar.

3. Orta – ağır forma: kontaktda olub, bir və ya bir neçə simptomla bərabər hərarəti daimi, 37.5 – 38.5 arasında, bir neçə gün olanlar..

4. Ağır forma: bütün simptomlarla bərabər, epizodik təngənəfəslik və hərarəti daimi, 38.5 – 39.5 arasında, bir neçə gün olanlar.

5. Çox ağır forma: bütün simptomlarla bərabər, daimi təngənəfəslik və hərarəti daimi, 39.5 – dən çox olanlar.

İlk 3 klinik formalar zamanı heç bir müalicəyə ehtiyac görmürəm. Yuxarıda yazdığım dietanı kafi hesab etmək olar. 4 və 5 – ci gediş zamanı isə mütəxəssis həkim nəzarəti tələb olunur.

COVİD-19 – un labarator diaqnostikası

COVİD–19 yoluxma varsa ilk 10 gündə PSR (burundan yaxma) və qanda İgM positiv (nəzarətdə olmaq lazımdır!), yoxsa neqativ olur (heç bir təhlükə yoxdur!) Covid – 19 qarşı immunitet (antisim) varsa 4 – 14 gün İgC positiv olur (heç bir təhlükə yoxdur, artıq immunitet əmələ gəlib!). PS. Şəxsi müşahidələrim və pasientlərdən aldığım məlumatlarda PSR – yaxma testinin cavablarında bəzən uygunsuzluq olurdu

Mənə verilən bəzi suallara cavablarım

COVİD-19 və uşaqlar: uşaqların heç bir qorxusu yoxdur! Soyuqdan qoruyun və soyuq dəyəndə 99% hallarda heç bir dərmana ehtiyac olmur
COVİD-19 və yaşı 65 – dən çox olan və ya xəstə insanlar: heç bir əlaqəsi yoxdur! Belə insanlar təbii ki, istənilən xəstəliyi ağır keçirə bilər. Onları panikaya salsanız prosesi sürətləndirəcəksiniz!

COVİD-19 zamanı müxtəlif bahalı müayinələr – tomoqrafiya və qan analizləriilənnin aparılmasına ehtiyac varmı? Eynən, adi qriplər kimi ehtiyac yoxdur! Dürüst həkim 95% hallarda diaqnosu təyin edə bilər. Son sözü aparatlar yox, tanıdığınız, etibar etdiyiniz belə həkimlər deyə bilər!

COVİD-19 zamanı immuniteti qaldıran, antiviral, dərmanların vitaminlərin tətbiqi: Heç bir subut olunmuş elmi araşdırma yoxdur.

COVİD-19 zamanı aspirin, heparin və ya plaviksin (qandurulducu dərmanların) tətbiqi:Bunların profilaktik əhəmiyyəti subut olunmayıb. Bütün xəstəliklərin sonuncu stadiyası hiperkoaqulyasi – qanın damar daxili laxtalanması və trombozla sonlanır – İlan vuranda da, kardiomiopatiyalarda. Çox təəssüf ki, ölüm halları cüzi faiz olmasına baxmayaraq qaçılmaz olacaq. Bütün xəstəliklərin 3 sonluğu olur – tam sağalma, xroniki hala keçmə və həyatın sonlanması. Qocalıq və ölümü ləngitmək olar, qabağını almaq yox.

COVİD-19 zamanı antibiotiklərin tətbiqi: xəstəliyin ilk günlərdə qəti olmaz!Yalnız bakterial infeksiyanın yaranması – pnevmoniya zamanı mütəxəssis tərəfindən Istifadə olunmalıdır.

COVİD-19 zamanı dexametazonun tətbiqi: xəstəliyin ilk günlərində qəti olmaz! Cünki, bu qrupdan olan dərmanlar immuniteti zəiflədir – bu subut olunmuş və hamı tərəfindən qəbul olunmuş elmi faktdır. Yalnız pnevmoniyanın ağırlaşması – ağ ciyər ödemi zamanı mütəxəssis nəzarəti tərəfindən Istifadə olunmalıdır.

COVİD-19 zamanı parasetamol və s. hərarəti düşürən dərmanların tətbiqi: temperaturun 39 dərəcədən az olduğu hallarda bu tipli dərmanlara ehtiyac yoxdur. Hərarət arması virusla leykositlərin mübarizəsi – orqanizmin virusu məhf etmə prosesidir. Hərarətin panikaya düşüb tez aşağı salınması da antibiotiklərin və ya deksametazonun tətbiqi kimi təbii immuniteti iflic edib virusa dəstək olmaqdır. Bu zaman yuxarıda yazdığım dietanı istifadə etmək olar. 1 litr ilıq maye ilə klizma, 2 – 3 litr mayenin qəbulu və yaş dəsmalla bədəni silmək də hərarətin 1 dərəcə aşağı sala bilir. Bu kömək etmirsə, temperaturun 39 dərəcədən aşağı düşmürsə, damardaxili 500 – 1000 ml Ringer məhlulu və parasetamol 500 mq, hər 4 – 6 saatdan bir istifadə oluna bilər.

COVİD-19, maskalar, spirtlər, əlcəklər… Taxılan maska ağ ciyərdən qayıdan karbon qazının təzədən geriyə məcburu dönüşünə kömək edir. Ağ ciyərlərə isə oksigen verilməlidir! Hesab edirəm ki, kontakt zamanı faydası ola bilər. Amma yaxşı biznesdir!

COVİD-19 və peyvəndlər: Uşaqlar bu xəstəliyə az həssasdır və peyvənd vuruimasını doğru hesab etmirəm
Digər insanlar müayinə olunmalı – əgər immunitetləri yoxsa vurulmasi öz razılığları ilə oluna bilər

Mənə qaranlıq qalan bəzi məqamlar:

COVİD-19 pandemiyasının daha ağır olacağı və bütün insanların peyvənd olunmasının zəruri olduğunu qabaqcadan, həkim olmayan bəzi insanların bilməsi;

Əgər uşaqlar praktiki olaraq yoluxmurlarsa, onların da peyvənd olmasına cəlb olunmasının təbliğatı;

Bir ölkənin digər bir ölkənin peyvəndini qəbul etməməsi,

Dünyanın aparıcı mütəxəssislərinin hər gün dünya qarşısında birlikdə brifinq keçirdib konkret protokol təqdim etməmələri; İnsanların hər gün vahiməyə salan müxtəlif ağır xəstələrin və ölənlərin televiziyada reklamı və statistikasının göstərilməsi

P.S. COVİD-19-dan qorxmaq yox, qorunmaq lazımdır; bu xəstəliyin ağır gedişi 1% – dən də azdır; uşaqlar isə praktiki yoluxmurlar; yaşlı insanlar və ya ürəyi xəstə olanların proqnozu adi qripdə olduğu kimidir.

Bu virus ayrı – ayrı fərdlərə qalib gələ bilər, amma insanların yaşamaq eşqi, iradəsi, sağlam həyat tərzi və dünya tibbi Covid 19 – u da o biri viruslar kimi Məhf edəcək! Özünüzü qoruyun və həyatınızi sağlam yaşamaqda davam edin!

Kardioloq İdris Xəlilov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər