Tarix yazan dəmir yollar… – Sumqayıtdan VİDEOREPORTAJ

1175

Səyyah “Qafqaz səfəri” əsərində Bakıya çatmamış, Sumqayıt yaxınlığında Şah Abbas karvansarasının xarabalıqlarını seyr etdiyini, buradakı azərbaycanlıların qonağı olduğunu da qeyd edir. Söhbət hazırda Sumqayıt dəmiryol stansiyasının fəaliyyət göstərdiyi ərazidən gedir. Əhali arasında daha çox “Stansiya Sumqayıt” adı ilə tanınan yerdən…Dəmiryolçuların məskunlaşdığı ərazidə XX əsrin əvvəlllərində inşa edilən tikililərlə yanaşı, stansiyanın yaranma tarixinə şahidlik edənlərə də rast gəlinir. Uzun illər burada çalışan və ömürlərinin 40 ilini relslər üzərində keçirən İmaməliyevlər ailəsi o günləri belə xatırlayır. Ərazidə dəmir yol stansiyası 1910-ci ildə salınıb. Ancaq yüklərin qəbulu və göndərilməsi kimi əsas iqtisadi fəaliyyətə1952-ci ildən başlayıb. Gün ərzində bu stansiyada 30-a yaxın vaqon boşaldılır, 15-ə yaxını isə yüklənənərək müəyyən olunan istiqamətlərə yola salınır. Hazırda stansiya ətrafı ərazidə 10 minə yaxın insanın məskunlaşdığı yaşayış massivi də var. Göründüyü kimi, Sumqayıt şəhəri salınmazdan 20 il əvvəl hələ buralarda dəmiryol xətti mövcud olub və ölkənin bir sıra istiqamətinə qatarlar məhz buradan hərəkət edib. Gənclər şəhəri Sumqayıtın qocaman izləri ərazinin tarixən iqtisadi cəhətdən əhəmiyyətli yer olduğunu bir daha sübut edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər