Təhsil haqqını ödəyə bilməyən tələbəyə daha bir deputat DƏSTƏK OLDU – FOTO

1534
Xəbər verdiyimiz kimi, Zərdab rayonu, Gəlmə kənd sakini, Qarabağ müharibəsi veteranı Osmanov Sakit İlyas oğlu Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olan oğlu Oruc Osmanovun 1200 manat təhsil haqqını ödəyə bilmədiyi üçün kömək istədiyini bildirmişdi. Qarabağ qazisinin müraciəti saytımızda yayımlandıqdan sonra millət vəkili Aydın Mirzəzadə Oruc Osmanovun təhsil haqqının bir hissəsinin ödənişində ailəyə kömək edəcəyini bildirmişdi.
Unikal.org-un əldə etdiyi məlumata görə, Qarabağ müharibəsi veteranı Sakit Osmanovun oğlunun təhsil haqqının  qalan hissəsini millət vəkili Jalə Əliyeva ödəyəcək.
Məsələ ilə bağlı millət vəkili ilə əlaqə saldıq. Jalə Əliyeva Oruc Osmanova maddi yardım göstərdiyini təsdiqləyib:
“Sizin xəbəri oxuyandan sonra məsələdən xəbərdar oldum. Zərdab rayon sakini Oruc Osmanovun təhsil haqqına köməklik göstərdik. Azərbaycan gəncinin təhsildən kənarda qalmasına könlümüz razı ola bilməzdi. Həmin gəncin ödənişi tam yekunlaşıb. Ailə ilə əlaqə saxladım. Hazırda Minqəçevir Dövlət Universitetindədirlər, qeydiyyatdan keçirlər. Son günə qalmamış Orucun problemi həllini tapdı”.
Famil Fərhadoğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər