Tələbələr üçün insan alveri mövzusunda təlim keçirildi

399

İnsan alvericinayəti 21-ci əsrdə əksər dünya ölkələrindəmüasir mütəşəkkil cinayətkar qruplar tərəfindən ənmüxtəlif formalarda həyata keçirilən və maddi gəlir
əldə etmək məqsədilə törədilən ağır cinayətlərdənbiridir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi tərəfindən “Insan alveri ilə mübarizə sahəsində əhalinin maarifləndirilməsi və fərdi məlumatlandırılmasına yönəlmiş regional proqram” layihəsi çərçivəsində təlim keçilirmişdir.

Təlimi açılış sözü layihənin rəhbəri Zenfira Mustafayeva açaraq iştirakçılara layihə barədə məlumat verdi.

Təlimin keçirilməsində əsas məqsəd tələbələrə insan alveri və insan alveri qurbanlarına hüquqi yardım göstərilməsi barədə geniş məlumat verməkdir.

Gənc tələbələr üçün təşkil olunan təlimdə insan alverinin formaları, cəlbetmə üsulları, insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının və QHT-lərin rolu barədə məlumat verilmişdir.

Təlimdə ekspert qismində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Fariz Namazlı və bu sahədə təlimçi qismində fəaliyyət göstərən Günel Ələkbərova çıxış etdilər.

Təlimdə iştirak edən Bakı Dövlət Universitetinin hüquq fakultəsinin tələbələri və Sumqayıt Dövlət Universitetinin tələbələri təlimin sonunda sertifikatlar ilə təltif olundular.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər