Telefonla bağlı bu səhvə yol verməyin: Bunu hər kəs edir

608

Həkim Liza Skerli isə The Sun nəşrinə açıqlamasında bildirib ki, telefonla tualetə gəlmək onun mikroblara bulaşması riskini artırır

Mütəxəssislər hesab edir ki, insanlar tualetdə telefonla çox vaxt keçirir. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu, hemoroidal düyünlərin meydana gəlməsinə, yəni anusun damarlarının genişlənməsinə səbəb ola bilər.

Həkim Sara Carvis tualetə gedərkən, telefonakı tətbiqlərdən istifadə etməməyi məsləhət görüb.

O, qeyd edib ki, hemoroid problemi Britaniyada çox yayılıb və  insanlar “səssizcə əziyyət çəkirlər”. Onun sözlərinə görə, orta hesabla hər 4  yetkin britaniyalıdan biri qəbizliklə üzləşir.

Həkim deyib ki, əvvəllər insanlar tualaetə  gedən özləri ilə yaxşı kitab götürərdilər. İndi bunu smartfonlar əvəz edib. O, əlavə edib ki,  tualetə gedən zaman telefonu bağlamaq və ya başqa otaqda qoymaq lazımdır.

Həkim Liza Skerli isə The Sun nəşrinə açıqlamasında bildirib ki, telefonla tualetə gəlmək onun mikroblara bulaşması riskini artırır.

Onun sözlərinə görə, cihazda olan norovirusdan salmonellaya qədər hər şey sizə keçə bilər. Ancaq həkim hesab edir ki, insanlar bu vərdişlərindən əl çəkəcək. Həkim bununla bağlı bir neçə məsləhət də verib.

O bildirib ki, tualetdə olarkən telefonu sol əldə saxlamalı və əllərini yumadan heç nəyə toxunmamalıdırlar. Bu şərtlə mikrobların smartfona və ondan da insana keçmə riski azalmış olar.

Nəşrin yazdığına görə, britaniyalıların 57 faizi tualetdə telefondan mütəmadi olaraq istifadə edir. 8 faiz isə həmişə tualetə telefonla gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər