Telman Salahovun 85 illik yubileyi qeyd olunub

598
Bu gün Sumqayıt futbolunun önəmli simalarından olan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılmış, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvü, veteran futbolçu, əməkdar məşqçi, SSRİ idman ustası Telman Salahovun 85 yaşı tamam olub. Bu səbəbdən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sumqayıt” – “Qəbələ” oyunundan öncə “Kapital Bank Arena”da tədbir keçirilib. Yubliyarı Sumqayıt Şəhər İcra Başçısının müavini Teymur Səmədov, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Azərbaycan millisinin məşqçisi Arif Əsədov, “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının sədri Abdulla Məmmədov, klubun prezidenti Riad Rəfiyev və vitse-prezident Aydın Xəlilov təbrik edib.
Biz də “Sumqayıt” FK kollektivi adından Telman müəllimi təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür arzulayırıq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər