Tənbəllik, gücsüzlük, yorğunluq – Heç nə etmək istəməyənlərin diaqnozu

1006
“Heç nəyə həvəsim qalmayıb, sanki gücüm gedib, tənbəlləşmişəm, heç nə etmək istəmirəm, sanki hər şey əlimdən çıxır”.
 
Daha çox qadınların son zamanlar çox dediyi şikayətlərdir.
Bəzən bu hallar həqiqətən xroniki tükənmə sindromunda, bəzənsə ciddi xəstəliklərdən, orqanizmdə dəyişikliklərdən xəbər verir.
Medicina.az xəbər verir ki, rusiyalı nevroloq Anna Cvetkova bu dərəcədə yorğunluğun səbəblərini açıqlayıb.
“Tibdə tənbəllik diaqnozu yoxdur. Sadəcə apatiya, depressiya, hormonal pozulma, motivasiyanın olmaması, xroniki yorğunluq kimi diaqnozları ümumiləşdirib tənbəllik adı altında birləşdiriblər.
Hər şeyi tənbəlliyə bağlamaq olmaz. Yaşamaq və işləməyə güc qalmayıbsa, birinci növbədə mütləq tibbi müayinədən keçmək lazımdır: terapevt, endokrinoloq, nevroloq. Çünki bu əlamətlər nevrozdan tutmuş qanazlığı, hormonal pozulma, zob, qaraciyər probleminə kimi uzana bilər.
Çox qadınlar, analar sadəcə acdırlar. Onlar normal qidalanmır, arıqlamaq üçün özlərini üzür, uşaqla yorulur.
Gücsüzlük hətta onkoloji xəstəliyin əlaməti də ola bilər. Bu nadir halda olur, amma yenə də həkimə getməyə əsas var.
Hətta bir pasiyentimdə axşama doğru güclü yorğunluq başlayırdı, göz qapaqları aşağı düşürdü, gözləri çox dəyişmişdi. Biz onda əzələ xəstəliyi – miasteniya aşkarladıq. Bu ciddi autoimmun xəstəlikdir.
Xroniki yorğunluğu adi yorğunluqdan necə fərqləndirməli?
Axşama doğru yolulub yatağa güclə düşüb yatmaq normaldır. Anormallıq heç yorulmamaq olar. Şəhər insanı, 2-3 övladı olan, işləyən analar daha çox yorulur.
Əgər bir insan bir neçə ay, il eyni vəziyyətdə eyni işlə məşğul olub, dələ kimi qəfəsdə qaçırsa, geci tezi fiziki və emosional yanmaya səbəb olacaq. İnsan yatır, dincəlir, işə getmir, amma bununla belə yorğunluğu azalmırsa, o zaman müayinə olunmalı və xroniki yorğunluqdan şübhələnmək lazımdır. Beynin daim işlə, ailə ilə uşaqlarla fon gərginliyi bir çox ağrı və xəstəliklərə triqqer ola bilər.
Baş, boyun ağrıları, miqren və s.
 
Əgər bu əlamətlər varsa, o zaman sos siqnalı vermək lazımdır:
– Səhər tezdən oyanandan fiziki yorğunluq, əzələlərdə ağrı
– Limfa düyünlərinin şişməsi
– Əzələ kütləsinin əriməsi, arıqlamaq
– İştahın itməsi
– Tərləmə, susama
– Bədəndə ağrılar
– Böğazda şişkinlik
– Ürəkbulanma
Bu zaman terapevtə müraciət edib, standart analizləri vermək lazımdır.
Depressiv vəziyyətdə isə psixiatra müraciət edilməlidir. Daha çox yeni ana olan qadınlarda bu vəziyyət yaranır”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər