THY 200-dən çox reysi təxirə saldı

605

“Türk Hava Yolları” aviaşirkəti İstanbulda hava şəraitinin pisləşməsinə görə 200-dən çox reysi təxirə salıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilir ki, sözügedən reyslər martın 10-u üçün planlaşdırılan uçuşlar olub: “Martın 10-u üçün İstanbul hava limanında 185 reys təxirə salınıb. Onların 71-i beynəlxalq reysdir. Sabiha Gökçen hava limanında isə 20 daxili reys təxirə salınıb”.

Türkiyə mediası yazır ki, yaxın günlərdə İstanbulda hava şəraitinin kəskin şəkildə pisləşəcəyi və qar yağacağı gözlənilir.

Xatırladaq ki, yanvar ayının sonunda İstanbulda güclü qar yağması səbəbindən şəhərin iki hava limanının işində problemlər yaranmışdı. Bir neçə gün ərzində aeroportlarda təyyarələrin enişi və havaya qalxması mümkün olmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər