Tibb sahəsində yaxın 10 ildə hansı kəşflər gözlənilir?

339

Bu il Dünya İntellektual Mülkiyyət Təşkilatının (DİMT) məruzəsində əsas diqqət tibdə innovasiyalar məsələsinə cəlb olunub. Müəlliflər bildirirlər ki, bu sahədə hər hansı kəşf əhalinin geniş təbəqələrinin istifadəsinə verilməzdən əvvəl çoxsaylı instansiyalardan keçir. AZƏRTAC BMT-nin Xəbərlər Xidmətinə istinadla xəbər verir ki, bəzən həmin proses onilliklər boyu uzanır.

Ekspertlər hazırkı tədqiqatların nəticələrindən çıxış edərək hesab edirlər ki, hüceyrə biologiyasının inkişafı sayəsində yaxın onillikdə autoimmun xəstəliklərin, o cümlədən qırmızı qurdeşənəyinin, revmatoid artritin, səpələnmiş sklerozun və bir çox digər xəstəliklərin müalicəsində sıçrayış gözləmək olar. Həkimlərin xərçəng metastazlarının inkişafının qarşısını ala biləcəkləri istisna olunmur. İndiki tədqiqatlar nevrologiya, Altsheymer xəstəliyinin və onurğa beyni travmalarının müalicəsində, habelə ağrıya qarşı mübarizədə kəşflərə gətirib çıxara bilər.

Xərçəngin immunoterapiyanın köməyi ilə müalicəsi sahəsində ümidverici tədqiqatlar aparılır. Gen mühəndisliyi genetik xəstəliklər problemini həll edə bilər. Məruzə müəllifləri qeyd edirlər ki, genomun redaktəsi etik xarakterli çoxsaylı problemlərlə bağlıdır və bəşəriyyət bu problemi həll etməlidir. Çində və bir sıra digər ölkələrdə ağciyər xərçəngindən tutmuş diabetik retinopatiyaya qədər bir çox xəstəliklərin diaqnostikasında süni intellektdən uğurla istifadə olunur. Robot həkim üçün əhəmiyyətli olan müxtəlif tədqiqatların göstəricilərini hesablayır, xəstə orqanın şəkillərini çəkir. Pasiyent isə telefonundakı əlavənin köməyi ilə öz əlamətlərini tətbiq edir və diaqnoz alır. Süni intellekt tibbi məlumatlarının toplanmasının, emalının və qorunub saxlanılmasının öhdəsindən uğurla gəlir, xəstəxana və poliklinikalarda idarəetmənin səmərəli olmasına, əhalinin maarifləndirilməsinə, habelə əczaçılıq sahəsində tədqiqatlar aparmağa kömək edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər