Tramp Avropadan ABŞ-a girişi qadağan etdi

131

ABŞ martın 13-dən başlayaraq Avropa İttifaqı ölkələrindən girişi qadağan edəcək. Qadağanın müddəti 30 gün təşkil edəcək/

Banker.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp məlumat verib.

“Səhiyyə mütəxəssislərlə ilə məsləhətləşdikdən sonra sərt tədbirləri tətbiq etmək qərarına gəldim. Martın 30-dan başlayaraq Avropadan ABŞ-da girişi qadağan edirik”, – Tramp bildirir.

Qeyd edilir ki, məhdudiyyətlər İngiltərəyə və koronavirus testindən keçmiş amerikalılara şamil olunmayacaq.

“Əminəm ki, belə sərt tədbirlərlə vətəndaşlarımız üçün təhlükəni əhəmiyyətli dərəcə azaldacağıq və bu virusu məğlub edəcəyik”.

Xatırladaq ki, ABŞ-ın 24 ştatında koronavirusa görə fövqəladə vəziyyət elan olunub. Ölkədə 1167 yoluxma halı qeydə alınıb, 37 nəfər dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər