Türkiyə Super Liqasının bərpa tarixi məlum oldu – RƏSMİ

1230

ürkiyə Superliqası iyunun 12-də bərpa olunacaq.

“Report”un məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir bu gün video formatında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yüksək liqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları iyunun 12, 13 və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və səhiyyə naziri Fahrettin Koca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib.

Özdəmir çempionatı iyulda tamamlayacaqlarına və avqustda Çempionlar Liqasının finalını təşkil edəcəklərinə inam ifadə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər