“Türkiyədə çevrilişləri, İraq-İran, sovet-əfqan müharibələrini biz etdik…” – Şok etiraflar

1291

Dünyanın bir neçə ailə tərəfindən idarə olunmasına dair iddialar yeni xəbər deyil. Bu ailələrdən biri də Rokfeller ailəsidir. Standart Oil şirkətininqurucusu olan Con Devidson Rokefellerin böyük oğlu Devid Rokfeller ötən il vəfat edib. Devid Rokfeller uzun illər Chase Bankın sədri olub. Beynəlxalq aləmdə qurduğu əlaqələr və yeni dünya düzəni haqda fikirləri ilə Devid Rokfellerin adı bir sıra məsələlərdə hallanıb. Devid Rokfeller dünya çapında dövlət başçıları ilə olan əlaqələrinə görə “İş səfiri” kimi tanınıb.

Teleqraf.com xəbər verir ki, Devid Rokfellerin Türkiyə və Almaniya ilə bağl fikirlərində çarpıcı ifadələrə rast gəlinir. Bu ifadələrdən belə aydın olur ki, Türkiyədə baş verən dövlət çevrilişləri, Almaniyada Hitlerin hakimiyyətə gəlməsi və yəhudiləri qırması məhz dünyanı idarə edən bir neçə ailənin qurduğu ssenariyə uyğun olub.

Devid Rokfeller Türkiyə haqqında çıxışlarının birində bildirib ki, Türkiyə 1950-ci illərdə kommunizmə qarşı savaşıb: “1950-ci ildə Türkiyədə hakimiyyəti biz dəyişdik, Adnan Menderes iqtidara gəldi. Menderes əvvəlcə bizimlə yaxşı dialoq qurdu. Seçkidə bizdən aldığı dəstək sayəsində Marşall Fondundan davamlı borc alaraq, ölkəsinə yatırımlar edir, sənayeni dirçəldirdi. Ancaq borcu ödəməyin zamanı gələndə bizdən təkrar borc istəməyə başladı. Biz də ona Türkiyəni xarici sərmayələrə açmağa, bizim şirkətlərə imtiyaz tanımağa, Osmanlı İmperiyasından tələb edilən kapitulyasiyaya bənzər şeylər tələb etdik. Fəqət Menderes bunu heç zaman qəbul etməyəcəyini deyərək, bizdən uzaqlaşmağa başladı. Ancaq sonda dövlət çevrilişi baş verdi və Menders dostları ilə birlikdə edam olundu. Sadəcə, Cəlal Bayar bu təhlükədən xilas oldu, çünki mason idi və yaxın dostu Papanın təzyiqləri ilə edamdan canını qurtardı”.

1980-ci il dövlət çevrilişi haqqında danışan Devid Rokfeller deyib ki, bu çevriliş onların istəyi ilə baş tutub:

“O zaman Türkiyədə sağ və solçular hakimiyyətə gəlir və bizim istəyimiz əsasında iqtisadiyyatı idarə edirdilər. Lakin Avropa və Amerikadan gələn şirkətlər orada daha çox işlər görür və biz mal sata bilmirdik. Bu səbəbdən də digər ölkələrə tətbiq etdiyimiz azad iqtisadiyyata keçidi siyasətinin Türkiyədə tətbiq edilməsini istədik. Onlar tələbimizi qəbul etmiş kimi görünsələr də, istəyimizi yubadırdı. Sonda bu ikili hərəkət yeni bildiyimiz yolla həll edildi. Yəni əvvəl xaos, sonra nəzarət. Təxribatçılarımızın sayəsində sağ və sol ideologiya arasında qarşıdurma başladı. Hadisələr elə həddə gəldi ki, hər gün 50-60 nəfər küçə savaşlarında ölürdü. Sonra çevriliş baş verdi və məsələ həll olundu. Hərbçilərin hökuməti bir müddət davam etdi və sonra iqtidar bizim istəyimizə uyğun olaraq Turqut Özala verildi. Özal tam bizim istədiyimizə uyğun şəxs idi, ölkənin qapılarını üzərimizə açdı. Bizim şirkətlərimiz də dövrəyə daxil oldu. Türkiyə strateji mövqedə yerləşən ölkə kimi bizim üçün çox əhəmiyyətlidir”.

Almaniyada faşizmin hakimiyyətə gətirilməsi və II Dünya Müharibəsi haqqında danışan Devid Rokefeller deyib ki, müharibənin başlamasına səbəb iqtisadi böhran olub:

“II Dünya Müharibəsinin əsas səbəbi indi olduğu kimi dünyada başlayan iqtisadi böhranlar, digər səbəbi isə yəhudi diasporunun İsrail dövlətini qurmağa dəstək verməməsi və bu ölkədə yaşamaq istəməməsilə bağlıdır. Adolf Hitlerin hakimiyyətə gətirilməsi, alman cəmiyyətinin böyüdülməsi bizdən aldığı dəstək sayəsində mümkün olub. ABŞ-ın maliyyə gücləri, Almaniya polad kralı “Thyssen”in maliyyə yardımları, Thule təşkilatının dəstəyi ilə Hitler dünya müharibəsini aparacaq gücə sahib olmağa başladı. Bu iş üçün Hitler seçilmişdi. Çünki yəhudilərə nifrət edirdi. Səbəb isə ata nənəsinin bir zamanlar işlədiyi yəhudi patronu tərəfindən zorlanması və yəhudinin evindən qovulması idi. Həmin xanım başqa yerdə iş tapa bilmədiyi üçün qucağındakı uşaqla ata evinə qayıtmışdı. Hitler o vaxt bunu gözləri ilə görmüş, yəhudilərə nifrət etməyə başlamışdı. İsrail torpaqlarında yaşamaq istəməyən yəhudiləri qorxutmaq üçün Hitlerə bir neçə qətliam həyata keçirmək icazəsi verilmişdi. Sonradan bu qətliamların masştabı böyük göstərildi”.

Əfqanıstan müharibəsi haqqında danışan milyarder etiraf edib ki, bu da onların qurduğu ssenariyə uyğun olub:

“Əfqanıstan müharibəsi rusların silah sənayesini qurmaq, inkişaf etdirmək, bu sahəyə böyük pullar yatırtmaq baxımından böyük fürsət oldu. Bizdə yeni istehsal etdiyimiz silahların gücünü müəyyən etmək üçün bu müharibədən faydalandıq. Ayrıca Əfqanıstan çox zəngin ölkədir, yeraltı sərvətlərə malikdir. Həmin müharibədən sonra Əfqanıstan hakimiyyəti bizim qanadımız altına keçdi”.

Milyarder İran-İraq müharibəsi haqqında danışarkən bildirib ki, Səddam Hüeynə böyük vədlər veriblər: “Məhz böyük vədlər verməklə Səddamın müharibəyə başlamasını təmin etdik. İran və İraq ilk olaraq bir-birlərinin neft quyuları və müəssisələrini bombaladı. Təbii ki, sonda bu iki zəngin ölkə bizdən daha çox silah alaraq müharibədə qələbə çalmaq naminə iqtisadiyyatlarını iflas həddə gətirdilər. Sonda bu ölkələrin bütün şəhərləri və neft müəssisələri yenə bizim tərəfimizdən qurulacaqdı .Bu da bizdən daha çox borc almaq demək idi.

Səddam Hüseyn 1990-cı ildə başlatdığı Körfəz müharibəsi ilə İraq iqtisadiyyatını yenidən çökdürürdü. Küveyti yenidən qurmaq üçün milyardlarla dollarlıq yeni müqavilələr imzalandı. ABŞ əsgərləri bölgəyə yerləşdirildi. Bu müharibədə test məqsədilə hazırlanan zənginləşdirilmiş uran bombalarından istifadə edildi. Bu silahdan istifadə etməklə bölgə illərlə təsirini göstərəcək radioaktiv maddələrin mərkəzi oldu. Bunun nəticəsində minlərlə insan öldü, hələ də ölməkdə davam edir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər