Türkiyədə yaşayan məşhur sumqayıtlı musiqiçinin AİLƏSİNDƏ AĞIR İTKİ

504

Azərbaycanın tanınmış balaban ifaçısı Əlixan Səmədovun ailəsində ağır itki olub.

sumqayitxeber.com-un  məlumatına görə, musiqiçi sosial şəbəkədə status yazaraq bildirib ki, anası dünyasını dəyişib: “Anamı itirdim, məkanı cənnət olsun”.

Əlixan Səmədov 27 aprel 1964-cü ildə Sumqayıtda musiqiçi ailəsində anadan olub. Səməd Vurğun adına Musiqi Məktəbində obua və Nəriman Nərimanov adına Mədəniyyət Evində qarmon təhsili alıb (1979 -1982). Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb (1986-1990). Nəfəsli alətləri (balaban, klarnet, qaboy, tütək, zurna, saksafon) və xalq çalğı alətlərini (nağara, qoşanağara, dəf, qarmon) böyük bir ustalıqla ifa edir. 1993-cü ildə musiqi sənətini daha da inkişaf etdirmək məqsədi ilə Türkiyəyə köçən Səmədov balabanı ilə qısa müddətdə böyük dinləyici kütləsi qazanıb. “Balaban metodu” kitabının müəllifi Əlixan Səmədov müxtəlif mükafatlara layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər