TÜRKPA müşahidəçiləri Sumqayıtda: "Seçici aktivliyi müşahidə olunur"

1485

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyasının üzvləri 11 aprel Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidə etmək məqsədilə Sumqayıt şəhərinə gəliblər.

TÜRKPA-dan sumqayitxeber.com-a verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğızıstan Joqorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və Ceyhun İrgil daxildir.

Seçki günü Müşahidə Missiyası seçki prosesini izləmək məqsədilə  Sumqayıt şəhərində bir sıra seçki məntəqələrini ziyarət ediblər.

Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpek sumqayitxeber.com saytına açıqlamasında bildirib ki, seçkilər normal gedir və Sumqayıt şəhərində seçici aktivliyi müşahidə olunur. Heç bir pozuntu halı ilə rastlaşılmayıb.

Seçici fəallığı xüsusilə diqqət çəkir. Baş çəkdiyimiz məntəqələrdə hər hansı neqativ hal qeydə almamışıq. Heç bir narazılıq yoxdur. Seçkilərin təşkili yüksək səviyyədədir. Xüsusilə veb-kameraların quraşdırılması seçkinin şəffaf keçirilməsinə şərait yaradır

Qeyd edək ki, 11 aprel tarixində, axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir. Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.

Digər mətbuatda:

https://report.az/prezident-seckileri-2018/turkpa-missiyasi-azerbaycanda-seckileri-musahide-edir

https://apa.az/xarici_siyaset/turkpa-missiyasi-azerbaycanda-seckileri-musahide-edir-1762.html

http://www.xalqqazeti.com/az/news/news/101565

https://news.milli.az/politics/641297.html

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər