“Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir” – Millət Vəkili

1297

“Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu hazırlayanlar məsuliyyətə cəlb edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Bəzi dərsliklər televiziyadan da zərərli informasiya yayırlar. Həmin dərsliklər mənasız şeir və nağıl yığımıdır. İkinci siniflər üçün dərslikdə sual var ki, Qarabağın qayıdacağına inanırsınızmı? Uşaq da cavab verib ki, yox. Buna görə də atası onu döyüb. Bu nə münasibətdir, bu nə sualdır? Dərsliklərdə belə hallar çoxdur. Bunu hazırlayanlar məsuliyyət daşımalıdırlar. Üçüncü sinif dərsliyində erotikadan bəhs edilir. Sanki bunlara nəzarət yoxdur. Sonra da deyirlər ki, niyə valideynlər uşaqlarını rus dilini bölməsinə qoyurlar? Çünki orada belə şeylər yoxdur”. (Report)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər