Uğurlu iş qadınları: Sizə kömək edəcək 10 məsləhət

66

Uğurlu iş qadınları – Sara Blakely, Kathy Ireland, Jillian Michaels, Wendy Kopp və digərlərinin məsləhətləri.

Sürətli və baş-döndürən karyera qurmaq adətən yalnız kinofilm qəhrəmanlarına müyəssər olur. Gerçək həyatda heç bir konflikt, əngəl və maneə olmadan karyera pilləkənində yüksəlmək daha çətindir.

“Getting There: A Book of Mentors” kitabının müəllifi Gillian Zoe Segal uğurlu qadınların biznes hekayələrini bir yerə toplayıb, onların təcrübələri və anlatdığı dərslər biznesdə sizə faydalı olacaq. Fitnes-trener Jillian Michaels, dünyanın ən zəngin qadınlarından biri Kathy Ireland, Spanx-in təsisçisi Sara Blakely və digər məşhur qadınların  tövsiyələri Forbes Womanın qalareyasında.

UĞURSUZLUQDAN QORXMAYIN

 


“Əgər siz səhv etmirsinizsə, deməli siz az işləyirsiniz” – Kathy Ireland bildirir, bir zamanlar supermodel olan xanım, həm çoxuşaqlı ana, həm də uğurlu iş qadınına çevrilmiş və dünyanın ən zəngin xanımlarından biridir.

Uğursuzluq – ən yaxşı müəllimdir. Amma əksəriyyətimiz mümkün problem və çöküşdən elə qorxur ki, gələcəkdə bizə yeni imkanlar yaradacaq bir çox fürsətləri qaçırır. Səhv etməkdən qorxmayın, yalnız bu halda siz çətin situasiyalarda sürətli reaksiya verməyi, nəticə çıxarmağı, səhvlərdən dərs almağı və irəliyə getməyi öyrənəcəksiniz.

RİSK EDİN, YENİ VƏ GÖZLƏNİLMƏYƏN ŞEYLƏRİ YOXLAYIN

Məşhur dizayner Rachel Zoe YM jurnalında moda bölməsində assistent idi, daha sonra o stilist olur və Kemeron Diaz, Keyt Xadson və Kira Naytli kimi ulduzlarla çalışmağa başlayır. Məşhurlar nəyə görə məhz onu seçir? Zoe gözlənilməz və bir az da ziddiyyətli obrazlar yaradır və müştərilər hər zaman onun yanına qayıdır. Ona görə yox ki, Zoenin sayəsində qüsursuz görünürlər, xeyr,  bəzən onlar tənqidə məruz qalır. Amma stildəki məhz bu cürət onların xoşuna gəlir və onlar riskə getməyə hazırdır. Nəticədə məhz onların fotoları daha çox diqqət cəlb edir. Zaman keçdikcə Zoe biznesi genişlərindirir və sadəcə ulduzlar ilə deyil, adi müştərilər ilə də çalışmağa başlayır. 2011-ci ildə o, öz paltar, ayaqqabı və bəzək əşyaları xəttini, öz teleşousunu yaradır və Zoe Report saytını dərc edir.

HƏDƏFİ VİZUAL TƏSƏVVÜR EDİN

Sara Blakely

Sara Blakely

Spanx brendinin yaradıcısı, Sara Blakely əmindir ki, uğurunun böyük hissəsini vizuallaşdırmaya borcludur. Blakely uzun müddət telefon operatoru kimi çalışıb və telefon vasitəsi isə müxtəlif aparatlar satıb. Amma bu iş ona maraqsız gəlirdi, bu zaman o özünün yaratdığı, özünə də çox xoş olacaq bir şey satdığını təsəvvür etməyə başlayır, elə bir şey ki, ən çox onun özünə maraqlı olur. Sara sadəcə bu haqda düşünmürdü, o həm də öz arzularını öz gündəliyində yazırdı.  Bir dəfə o sevimli cinslərini geyinə bilmək üçün sıxıcı kalqotkaların aşağı hissəsini kəsir və görür ki, onun fiqurası indi cinsdə daha yaxşı görünür. O zaman o başa düşür ki, onun hər zaman gözlədiyi biznes ideyası onun ağlına gəlib.

PLANLARINIZI YALNIZ O ADAMLARA BÖLÜŞÜN Kİ, ONLAR SİZƏ KÖMƏK EDƏ BİLƏR

Dostlar və qohumlar əlbəttə ki, sizi sevir və sizə pis nəsə arzu etməz. Amma əgər onlar sizin ideyanı qəbul etmirsə, sizin proyektə xeyir-dua vermirsə  onların zərəri xeyrindən daha çoxdur, xüsusən də başlanğıcda, sizə daha çox dəstək lazım olduğu vaxtlarda. Sara Blakely bir ildən çox müddətdə bilavəsitə layihədə iştirak etməyən hər bir kəsdən öz ideyasını gizlədib..

Nəhayət o, ətrafdakılara bu haqda danışmağa qərar verəndə, bilirsiniz  eşitdiyi kommentlər nə olub? “Əzizim, əgər bu belə yaxşı ideyadırsa, nəyə görə uğurlu biznesmenlərdən heç biri bunu indiyə qədər etməyib?” və ya “Hətta səndə nəsə alınsa belə bu biznesdə akula çoxdur və onlar səni aldadıb, biznesi əlindən alacaq”.  Amma Sara bunları eşidəndə artıq gec idi, ötən il ərzində o irimiqyaslı bazar analizi etmiş, ideyanı patentləşdirmiş, kompaniyanı qeydiyyatdan keçirtmiş və hətta ilk partiyanı istehsal da etmişdir. Ona görə də uğur qazanacağına əmin idi və başqalarının şübhələrinə fikir vermirdi.

«YOX» – CAVAB DEYİL

Image result for sara blakely

Sara Blakelydən daha bir əhvalat. O, potensial podratçılara zəng edəndə hər yerdə imtina cavab alırdı. O, hətta ona imtina etmiş fabriklərin bir neçəsini şəxsən ziyarət etmişdir. Amma bu da kömək etməmişdi, heç kəs sifarişin altına girmək istəmirdi. Elə bir an gəldi ki, o düşündü bütün cəhdlər mənasızdır, birdən fabriklərin birindən zəng gəlir. Tekstil şirkətinin sahibinin üç qızı atalarını inandırıb ki, Blakelynin yaratdığı alt geyimləri tələbat yarada bilər.

«99% halda məni tənqid edir və ya layihədən dərhal imtina edirdilər, əlbəttə bu xoş deyildi, amma mən fəaliyyətə davam edirdim- Bleyklinin sözlərini Wendy Kopp da təsdiq edir, o Teach for America kompaniyasının yaradıcısıdır. – Amma yeganə bir müsbət cavab və ya balaca bir tərif bəs edir ki, davam etmək üçün yenidən güc tapasan”.
FORMADA QALIN

Image result for Jillian Michaels

Ulduzların fitnes məşqçisinə çevrilən Jillian Michaels  uşaqlıda  piylənmədən əziyyət çəkib. Anası isə onu güləş məşğələlərinə yazdırıb. Bu isə Michaelsın elə də xoşuna gəlmirdi və o həvəssiz məşğul olurdu. Bunu görən məşqçi isə ona acıqlanır və dərslərdən qovması ilə hədələyir. Onda Jillian səy göstərməyə başlayır. Qısa müddətdə o göy kəmər alır və məktəbdə ən yaxşılardan biri olur. Daha sonra isə o uğurlu məşqçi və televiziya aparıcısı karyerası qurur.

Bir çox məşqçilər deyir ki, məsuliyyətli iclasdan və çıxışdan əvvəl sadəcə kürəyi düz tutmaq və bir neçə sadə idman hərəkəti etmək qorxunu dəf etməyə kömək edir, siz isə daha inamlı görünəcəksiniz.

ÖZÜNÜZƏ İNANIN

Image result for Jillian Michaels

Jillian Michaelsın karyerası heç də həmişə asan alınmayıb. 2010-cu ildə o televiziyada “Losing it” (Ondan qurtulun) adlı televiziya verilişi buraxır. Jillian özü prodüserlər ilə mübahisə edirdi – çəkisi 100 kd-dan çox olan insanlara arıqlamaq üçün cəmi 6 həftə verilməsi ideyası onun xoşuna gəlmirdi. Amma o fikirini açıq bildirməkdən, qarşı çıxmaqdan çəkindi, çünki unikal şansı itirməkdən qorxurdu.  Nəticədə isə şou uğursuzluğa düçar olur. “Ona mən başa düşdüm ki, özünə və öz ideyalarına sadiq olmaq nə qədər vacibdir” – fitnes məşqçi deyir.

YADDA SAXLAYIN, ÇIXIŞ YOLU HƏMİŞƏ VAR

Jillian Michaels

Istənilən problem həll tələb edir amma nəticədə onun həll edilməsi bizi daha güclü və ixtiraçı edir. “Əgər sizin yaxşı məhsulunuz varsa, amma siz heç cürə onu satmaq üçün bazar tapa bilmirsinizsə, ona internete gedin, – Michaels tövsiyə edir. əgər sizin insanlara danışacaq sözünüz varsa. Amma televiziyaya düşmək imkanınız yoxdursa, kontenti YouTube-a və ya iTunes-ə yükləyin. Problemin yalnız bir həll yolu olmur, yollar həmişə bir neçə olur. Cəhd edin, sınayın, sizə lazım olan istiqamətdə hərəkət edin, onda sizdə mütləq alınacaq.
Göstərin ki, sizin ideya işləyir

Wendy Kopp

Wendy Kopp

Wendy Kopp – Amerika üçün öyrət adlı qeyri kommersiya şirkətinin təsisçisi və idarə heyətin sədridir. Şirkətin məqsədi Amerikada daha aztəminatlı ailələr üçün təhsili əlçatan etməkdir. Kopp öz sosial layihəsi üçün külli miqdarda ianələr cəlb edib, istər ayrılıqda fərdlərdən, istər də korporativ şirkətlərdən. Amma ən çox o, milyarder və xeyriyyəçi Ross Peronun köməyinə ümid edib. O, Texasda məktəb təhsilini yaxşılaşdırmaq üçün həmin dövrdə aktiv kampaniya aparırdı, Kopp isə oxşar işli Dallasda görürdü.

Xanım Kopp bir neçə dəfə Rossa müraciət etsə də cavab ala bilmir. Yalnız tələbələr aktiv şəkildə proqrama yazılmağa başlayanda, onu dəstəkləyən insanların sayı 2500-ə çatanda və layihə KİV-in diqqətini cəlb edəndə Ross zəngə cavab verir. O, Kopp üçün $500 000 həcmində qrant ayırır. Bu pullar Teach for America layihəsinin başlıca katalizatoru rolunu oynayır: qrant sayəsində digər fondlar da layihəyə inanır və o, artıq bir neçə fərqli ştatlarda fəaliyyətə girişir.
İŞLƏYİN

Wendy Kopp

Bir çoxları əminliklə düşünür: Yeni biznesə başlamaq və uğura sahib olmaq üçün dahiyanə nəsə fikirləşmək, yəni həmin vaxta qədər mövcud olmayan nəsə etmək lazımdır. ”Dahi 1% ilham, 99% zəhmət deməkdir” – Amerikalı məşhur ixtiraçı və iş adamı Tomas Edison deyib. Uğur o adamlara nəsib olur ki, onlar ilk növbədə çətin yola tab gətirməyə və mürəkkəb işin öhdəsindən gəlməyə hazırdırlar.

©1lady.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər