Ukrayna nümayəndə heyətinin üzvü qətlə yetirildi – Foto

737

Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinskiy verib.

“Qomel şəhərində keçirilən danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. O, dövlətə xəyanətdə şübhəli bilinib”, – deyə Dubinskiy əlavə edib.

Bununla belə, bu məlumat hələlik rəsmi olaraq təsdiq olunmayıb.

Xatırladaq ki, fevralın 28-i Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar keçirilib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər