Ukraynadakı seçkilərin ilkin nəticələri – Poroşenko KVN-çiyə uduzur

189

Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində toplanan səslərin 40,09 faizini hesablayıb. Səslərin hesablanmasını “112 Ukrayna” “YouTube” kanalın canlı yayımlayır.

Bakı vaxtı ilə 07:40-a olan məlumata görə, şoumen və keçmiş KVN-çi Vladimir Zelenski 30 faiz səslə liderlik edir. İkinci yerdə hazırkı prezident Pyotr Poroşenko gəlir. Hesablanmış bülletenlərin 16,8 faizində seçicilər onun adının qarşısına işarə qoyub.

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko səslərin 13,3 faizini  toplayıb, “Həyat uğrunda – müxalifət platforması”nın namizədi Yuri Boyko isə 11,3 faiz nəticə göstərib. Yerdə qalan namizədlərə seçicilərin 10 faizindən azı səs verib.

Seçkilərin birinci mərhələsində namizədin qalib gəlməsi üçün səslərin azı 50 faizini toplaması tələb olunur. Bu nəticə əldə olunmasa, ikinci mərhələ aprelin 21-də keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər