Ulu Öndərin anadan olmasının 95-ci ildönümü Sumqayıtda qeyd edilib FOTOLAR

2486

xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Sumqayıt şəhərində qeyd olunub.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri, ictimaiyyət nümayəndələri və minlərlə şəhər sakini iştirak edib.

Öncə tədbir iştirakçıları Ümummilli Liderin adını daşıyan parkda Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Qeyd olunub ki, şəhərin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycana rəhbərliyi dövründə Sumqayıta 16 dəfə səfər edib. Sumqayıtın inkişafı və şəhər kimi formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində inkişafa başlayıb və şəhərə yeni nəfəs verilib.

Bu gün Prezident İlham Əliyev tərəfindən də eyni münasibət, eyni siyasət davam edir. Sumqayıt son illər əsaslı tikinti və quruculuq meydanına çevrilib. Xüsusilə, Prezident İlham Əliyevin tapşırığı və qayğısı sayəsində şəhərdə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərindən abadlıq-quruculuq, yaşıllaşdırma sahəsində irimiqyaslı ünvanlı layihələrin icrasına başlanılmış və qısa müddətdə uğurla başa çatdırılmışdır.

Vurğulanıb ki, Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılması və sakinlərinin sosial problemlərinin həlli həmişə dövlət başçısının diqqət mərkəzindədir. Bu və digər inkişaf perspektivləri Sumqayıtı ölkəmizin aparıcı şəhərlərindən birinə çevirmişdir.

Daha sonra respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.


Mayın 10-da Azərbaycan

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər