Uşağı vuran tərbiyəçi təhqiqata cəlb edildi – Rəsmi

613

İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb.

Bu barədə DİN-dən “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır:

“Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var.

Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər